only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 ALLAHIN Kainati Yaratmasinin Elmi Sübutu: BiG BaNG

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: ALLAHIN Kainati Yaratmasinin Elmi Sübutu: BiG BaNG   C. Sen. 03, 2010 5:01 am





[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
İn­san­lar
yü­zil­lər­dir ki, «kai­nat ne­cə ya­ran­ıb?» sua­lı­na ca­vab
ax­ta­rır­lar. Ta­rix bo­yun­ca bu­nun­la bağ­lı min­lər­lə mo­del
ortaya atılıb. La­kin biraz araşdıranda bəl­li olur ki, bu
nəzəriyyələrin ha­mı­sı tə­məl­də iki mo­del­dən bi­ri­nin üzə­rin­də
qu­ru­lmuşdur. Bun­lar­dan bi­ri ar­tıq heç bir el­mi da­ya­ğı və
əsa­sı qal­ma­yan «son­suz kai­nat», ikin­ci­si isə ha­zır­da bü­tün el­mi çev­rə­lər­də qə­bul olu­nan «bö­yük part­la­yış» mo­de­li­dir. Bi­rin­ci
mo­del kai­na­tı­n baş­lan­ğı­cı və so­nunun ol­ma­dı­ğı­nı, ikin­ci­si
isə ək­si­nə kainatın bö­yük bir part­la­ma nə­ti­cə­sin­də
ya­ran­dı­ğı­nı və fasiləsiz olaraq ge­niş­lən­di­yi­ni nə­zər­də
tu­tur.
Ar­tıq etibarlılığını iti­ri­miş bi­rin­ci mo­del
kai­na­tın hü­dud­suz, əzə­li və əbə­di ol­du­ğu­nu, hə­mi­şə də bu
vəziyyətdə qa­la­ca­ğı­nı nə­zər­də tu­tur. Bu nə­zə­riy­yə Qədim
Yu­na­nıs­tan­da ya­ran­mış, da­ha son­ra Av­ro­pa İn­ti­ba­hı dövründə
ye­ni­dən gün­də­mə gəl­miş ma­te­ria­list fəl­sə­fə­nin əsa­sın­da
qurulmuşdu. Əs­lin­də İn­ti­bah elə qədim yu­nan fi­lo­sof­la­rı­nı
araşdırmaq məqsədi güdürdü. Be­lə­cə, ma­te­ria­list fəl­sə­fə
və onun dəs­tək­lə­di­yi son­suz kai­nat an­la­yı­şı fəl­sə­fə və
ideo­lo­gi­ya­nın toz­lu rəf­lə­rin­dən çı­xa­rı­la­raq, el­mi ger­çək
ki­mi in­san­la­ra təq­dim olun­du
.


Karl
Marks, Frid­rix En­gels ki­mi ma­te­ria­list fi­lo­sof­lar öz
fi­kir­lə­ri­ni məhz bu zə­min­də for­ma­laş­dı­rmışdılar və bu
sə­bəb­dən də «son­suz kai­nat» ide­ya­sı XX əs­rə gə­lib çıx­mış­dı.
Ötən əs­rin ilk ya­rı­sı­na qə­dər gün­dəm­də olan bu mo­de­lə gö­rə
kai­nat yox­dan var edil­mə­yib və heç vaxt da yox ol­ma­ya­caq. Gu­ya
kai­na­tın sabit (sta­tik) qu­ru­lu­şu var. Hal­bu­ki, el­min
in­ki­şa­fı nə­ti­cə­sin­də əl­də edilən nailiyyətlər bu
nə­zə­riy­yə­nin tamamilə susdurdu. Bəl­li ol­du ki, kai­nat son­suz
de­yil – kainatın başlanğıcı və sonu vardı.


Kai­na­tın
son­suz­lu­ğu fik­ri hə­mi­şə din­siz­li­yin və Al­la­hı in­kar edən
ideo­lo­gi­ya­la­rın da­yaq nöq­tə­si olmuşdur. Çün­ki kai­na­tın
baş­lan­ğı­cı və so­nunun ol­ma­ma­sı haq­qındakı müd­dəa­lar ey­ni
za­man­da, onu ya­ra­da­nın da ol­ma­ma­sı fik­ri­nə gə­ti­rib
çı­xa­rır­dı. Am­ma el­min in­ki­şa­fı ma­te­ria­list­lə­rin bu
id­dia­la­rının əsassızlığını sü­but edə­rək, kai­na­tın «Bö­yük
part­la­yış» ad­lan­dı­rı­lan pro­ses nə­ti­cə­sin­də yox­dan var
edil­di­yi­ni tu­tar­lı ar­qu­ment­lər­lə sübut etdi. Yox­dan var
edil­mə­nin isə bir nəticəsi var­: Ya­ra­dı­lış! Yə­ni bü­tün kai­nat
son­suz qüd­rət sa­hi­bi olan Al­lah tə­rə­fin­dən ya­ra­dı­lmışdır.


[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Məşhur
in­gi­lis as­tro­no­mu Fred Hoyl (Sir Fred Hoyle) da bu
nə­zə­riy­yə­dən narahat olan­la­rın bi­riy­di. Hoyl «steady-state»
(sa­bit vəziyyət) ad­lı nə­zə­riy­yəy­lə kai­na­tın ge­niş­lən­di­yi­ni
qə­bul et­mək­lə ya­na­şı, onun mə­kan və za­man ba­xı­mın­dan son­suz
ol­du­ğu­nu id­dia edir­di. Bu mo­de­lə gö­rə, kai­nat
ge­niş­lən­dik­cə lazımi miq­dar­da mad­də bir­dən-bi­rə, özü-özü­nə
var ol­ma­ğa baş­la­yır. «Son­suz kai­nat» fik­ri­ni dəs­tək­lə­mək
üçün son də­rə­cə qə­liz və ağ­la­sığ­maz açıq­la­ma­lar­la or­ta­ya
atı­lan bu nə­zə­riy­yə el­mi ola­raq sü­bu­ta ye­ti­ri­lən «Big Bang»
(Bö­yük part­la­yış) mo­de­liy­lə ziddiyyət təşkil edir. On­lar bu
ger­çə­yə qar­şı di­rən­mə­yə da­vam edir, am­ma el­mi kəşf­lər
get­dik­cə gec-tez ha­mı­ya qa­lib gə­lir­di.


Kai­na­tın Ge­niş­lən­mə­si və Big Bang Həqiqəti

Big
Bang-in kəşfinə gedən yolda ilk olaraq 1922-ci il­də rus fi­zi­ki
Alek­sandr Frid­man kai­na­tın sabit (sta­tik) qu­ru­lu­şa sa­hib
ol­ma­dı­ğı­nı iddia etdi. Eyn­ştey­nin nə­zə­riy­yə­lə­ri­nə
əsas­la­nan Frid­man ən kiçik təsirlərin belə kainatın genişlənməsi və
ya büzülməsinə səbəb ola biləcəyini he­sab­la­mışdı. Frid­ma­nın
he­sab­la­ma­la­rı­nın önə­mi­ni dərk edən ilk adam isə Bel­çi­ka­nın
ən məşhur kosmoloqu Corc Lematr (Georges Lemaitre) ol­du. Lematr bu
hesablamalardan kainatın başlanğıcı olduğu və başlanğıcdan etibarən
daim genişləndiyi nəticəsinə gəldi. Bel­çi­ka­lı ali­min
fi­kir­lə­rin­də­ da­ha bir önəm­li mə­qam var idi. Hə­min baş­lan­ğıc
anın­da­kı part­la­yışdan qa­lan ra­dia­si­ya ol­ma­lıy­dı və bu
radiasiyanı müşahidə etmək olardı. Lematr el­mi dai­rə­lər­də cid­di
qar­şı­lan­ma­yan və dəs­tək al­ma­yan bu fi­kir­lə­rinin
doğ­ru­lu­ğu­na əmin idi. Çün­ki kai­na­tın ge­niş­lən­məsi ilə bağlı
baş­qa ar­qu­ment­lər də bir-bir or­ta­ya çı­xır­dı.


Edvin Habbl[Resimleri görebilmek için üye olun veya giriş yapın.]


Elə
bu dövrdə Ed­vin Habbl (Edwin Hubble) ad­lı bir ame­ri­ka­lı as­tro­nom
istifadə etdiyi nə­həng te­les­kop­la kosmosu araşdırarkən
ul­duz­la­rın uzaqlıqlarından asılı ola­raq qır­mı­zım­tıl işıq
yay­dıq­la­rı­nı üzə çı­xar­dı. Habbl Ka­li­for­ni­ya­da­kı Ma­unt
Vil­son (Mount Wilson) rə­səd­xa­na­sın­da­kı bu kəş­fi­lə sa­bit
kai­nat nə­zə­riy­yə­si­ni or­ta­ya atan və il­lər­cə dəs­tək­lə­yən
bü­tün elm adam­la­rı­na mey­dan oxu­ya­raq, hə­min tə­səv­vür­lə­ri
kö­kün­dən sar­sıt­dı. Habb­lın kəş­fi gös­tə­rir­di ki,
mü­şə­hi­də­nin apa­rıl­dı­ğı nöq­tə­yə ya­xın­la­şan ul­du­zun işı­ğı
spek­trı bə­növ­şə­yi, uzaq­la­şan ul­du­zun spektrı isə qır­mı­zı
rən­gə doğ­ru də­yi­şirdi. Yə­ni Ka­li­for­ni­ya­da­kı Mount Wilson
rə­səd­xa­na­sın­dan müşahidə edilən ul­duz­lar dün­ya­mız­dan
uzaqlaşırdılar. Mən­ti­qi ola­raq ba­şa düş­mək çə­tin de­yil ki,
ul­duz­lar tək­cə biz­dən yox, həm də bir-bir­lə­rin­dən
uzaq­la­şır­dılar. Bu isə elə… kai­na­tın ge­niş­lən­mə­si de­mək­ idi!


De­vid Fil­ki­nin (David Filkin) «Sterhen Hawking’s Universe» ad­lı ki­ta­bın­da hə­min mə­sə­lə be­lə şərh edi­lmişdir:

“Heç
iki il keç­mə­dən Le­matr göz­lə­mə­di­yi bir xə­bər al­dı. Habbl
qa­lak­ti­ka­lar­dan gə­lən işı­ğın spek­tri­nin qır­mı­zı­ya doğ­ru
də­yiş­di­yi­ni aş­kar­la­mış­dı, bu isə Dopp­ler ef­fek­ti­nə gö­rə,
elə kai­na­tın ge­niş­lən­mə­si de­mək­dir. Ar­tıq hər şey sa­də­cə
za­ma­na bağ­lıy­dı. Eyn­şteyn Habb­lın ça­lış­ma­la­rıy­la
maraqlanırdı və Maunt Vilson rə­səd­xa­na­sın­da onun­la gö­rüş­mək
fik­ri­nə düş­müş­dü. Ey­ni vaxt­da Le­matr da Ka­li­for­ni­ya
Tex­no­lo­ji İns­ti­tu­tun­da kon­frans ke­çir­mək qə­ra­rı­na gəl­di
və Eyn­şteyn­lə Habb­lı gö­rüş­dür­mə­yə nail oldu. Özü­nün «ilk atom»
ide­ya­sı­nı an­la­da­raq, kai­na­tın «dü­nə­ni ol­ma­yan bir gün­də» ya­ra­dıl­dı­ğı­nı söy­lə­di.
Bü­tün la­zım­lı ri­ya­zi he­sab­la­ma­la­rı ar­tıq apar­mış­dı.
Le­matr sö­zü­nü bi­ti­rən­də qu­la­q­la­rı­na ina­na bil­mə­di. Çün­ki
Eyn­şteyn aya­ğa qal­xıb bu fi­kir­lə­rin in­di­yə qə­dər eşit­di­yi «ən
gö­zəl və qa­nee­di­ci şərh» ol­du­ğu­nu eti­raf edə­rək, kai­na­tı
sa­bit və da­ya­nıq­lı tə­səv­vür et­mə­yin bə­şə­riy­yə­tin ən bö­yük
xə­ta­sı ol­du­ğu­nu bil­dir­di.” (Stephen Hawking’in Evreni, David
Filkin, BBC Books, Aksoy Yayıncılık, Aralık1998, s. 90)


[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Bə­li,
dün­ya­nın ən da­hi alim­lə­rin­dən olan Eyn­ştey­ni aya­ğa qal­dı­ran
ger­çək kai­na­tın bir baş­lan­ğı­cı ol­ma­sı fik­riy­di…


Kai­na­tın
ge­niş­lən­mə­si­lə bağ­lı fakt­lar art­dıq­ca, ye­ni id­dia­la­rın da
ar­dı-ara­sı kə­sil­mir­di. Bu ger­çə­yi əsas tu­ta­raq yo­la çı­xan
elm adam­la­rı, Le­mat­rın de­di­yi ki­mi, «za­ma­nı ge­ri­yə
çevirəndə» get­dik­cə ki­çi­lən, so­nun­da nöq­tə boy­da qa­lan kai­nat
mo­de­liy­lə qar­şılaşırdılar. Ri­ya­zi he­sab­la­ma­lar bü­tün
kai­nat­da­kı mad­də­nin qay­na­ğı olan


bu
nöq­tə­nin dəh­şət­li ca­zi­bə qüv­və­si sə­bə­bin­dən «sı­fır həc­mə»
sa­hib ola­ca­ğı­nı gös­tər­irdi. De­mək, kai­nat sı­fır həc­mə ma­lik
bir nöq­tə­nin part­la­ma­sıy­la or­ta­ya çıx­mış­dı. Bu part­la­yı­şa
«Big Bang» (Bö­yük part­la­yış) adı ve­ril­di və bu nəzəriyyə də bu
adla tanındı.


Big Bang-in gös­tər­di­yi önəm­li bir ger­çək var­dı: «sı­fır həcm»
elə yox­luq de­mək ol­du­ğu­na gö­rə, kai­nat yox­dan var edilmişdi. Bu
isə, kai­na­tın bir baş­lan­ğı­cı ol­du­ğu de­mək­dir! Be­lə­lik­lə,
ma­te­ria­liz­min «kai­nat əzə­li və əbə­di­dir» id­dia­sı
dar­ma­da­ğın edil­irdi.






Bö­yük Part­la­yışın Də­lil­lə­ri

Kai­na­tın
bö­yük bir part­la­ma nə­ti­cə­sin­də ya­ran­ma­ğa baş­la­ma­sı
ger­çə­yi təs­di­qi­ni ta­pan­dan son­ra as­tro­fi­zik­lər bu
istiqamətdə araş­dır­ma­la­rı­nı sü­rət­lən­dir­di­lər. Corc
Qa­mo­va (George Gamov) gö­rə əgər kai­nat bir partlayışdan sonra
yaranmışdısa, de­məli hə­min part­la­yış­dan son­ra ra­dia­si­ya
qalmalı və bu radiasiya bütün kosmosa bərabər şəkildə paylanmalı idi.
Bu
ver­si­ya­nın ortaya atılmasından sonra bü­tün el­mi nailiyyətlər Big
Bang-i təs­diq­lə­yə­cək şə­kil­də ard-ar­da sı­ra­la­nır­dı.


Arno Penzias və Ro­bert Uil­son






[Resimleri görebilmek için üye olun veya giriş yapın.]1965-ci
il­də Ar­no Pen­zi­as (Arno Penzias) və Ro­bert Uil­son (Robert Wilson)
ad­lı iki tədqiqatçı hə­min ra­dia­si­ya dal­ğa­la­rı­nı kəşf
et­di­lər. «Kos­mik fon ra­dia­si­ya­sı» adlandırılan bu ra­dia­si­ya
fə­za­da müəyyən bir mənbədən


ya­yı­lan
hər han­sı ra­dia­si­ya­dan fərq­lə­nir­di. Baş­qa söz­lə de­sək,
kon­kret mən­bə­yi yox idi, bü­tün kai­na­ta ya­yıl­mış­dı.

Be­lə­cə, kai­na­tın hər ye­rin­də bə­ra­bər miqdarda is­ti­lik
dal­ğa­la­rı şək­lin­də təs­bit olu­nan bu ra­dia­si­ya­nın Big Bang-in
ilk dövrlərindən qal­dı­ğı or­ta­ya çıx­dı. Üs­tə­lik, bu rə­qəm elm
adam­la­rı­nın ön­cə­dən proq­noz­laş­dır­dıq­la­rı rə­qə­mə çox ya­xın
idi. Pen­zi­as və Uil­son Big Bang-ı təc­rü­bə yo­luy­la
sü­bu­ta ye­ti­rən ilk alim­lər ol­duq­la­rı üçün No­bel mü­ka­fa­tı­na
la­yiq gö­rül­dü­lər.


Bir müd­dət son­ra isə Corc
Smut (George Smoot) və birlikdə çalışdığı NASA qrupu kos­mo­sa
gön­də­ri­lən COBE sü­ni pey­ki va­si­tə­si­lə cə­mi­si sək­kiz
də­qi­qə ər­zin­də Pen­zi­as­la Uil­so­nun hesablamalarının doğ­ru
ol­du­ğu­nu təs­diq­lə­di­lər.
Peyk­də­ki həs­sas
ci­haz­la­rın gös­tə­ri­ci­lə­ri Big Bang-ın hə­qi­qət ol­du­ğu­nu bir
da­ha qə­ti şə­kil­də təs­diq­lə­di. Hə­min ci­haz­lar Big Bang-ın ilk
an­la­rın­da­kı hə­ra­rət və sıx­lı­ğın qa­lıq­la­rı­nı qey­də ala
bil­miş­di­lər. Be­lə­cə, COBE Big Bang-ın hə­qi­qət ol­du­ğu­nu aş­kar
də­lil­lər­lə or­ta­ya qoy­muş­du və el­mi çev­rə­lər bu ger­çə­yi açıq
şəkildə eti­raf et­mək məcburiyyətində idi.


Bir
baş­qa də­lil isə fə­za­da­kı hid­ro­gen və he­li­um qaz­la­rı­nın
miq­da­rı­nın he­sab­lan­ma­sı za­ma­nı or­ta­ya çıx­dı. Be­lə ki, kai­nat­da­kı
hid­ro­gen və he­li­um qaz­la­rı­nın nis­bə­ti Big Bang-dan sonrakı
hid­ro­gen-he­li­um nis­bə­ti­nin nə­zə­ri gös­tə­ri­ci­lə­ri­nə çox
ya­xın idi. Bu də­lil­lə­rin or­ta­ya çıx­ma­sı Big Bang-ın elm
alə­min­də qə­ti şəkildə qə­bul olun­ma­sıy­la nəticələndi.

Məşhur el­mi jur­nal olan «Scientific American» 1994-cü ilin
ok­tyab­rın­da Big Bang mo­de­li­nin «əs­ri­mi­zin qə­bul olun­muş
ye­ga­nə mo­de­li» ol­du­ğu­nu yaz­mış­dı.


Uzun
il­lər ərzində «sonsuz kai­nat» mo­de­li­ni dəs­tək­lə­miş alim­lər də
bir-bi­ri­nin ar­dın­ca eti­raf­lar edir­di­lər. Fred Hoyl ilə
bir­lik­də uzun müd­dət sa­bit kai­nat nə­zə­riy­yə­si­ni mü­da­fiə
edən Den­nis Şia­ma (Dennis Sciama) Big Bang ger­çə­yi qar­şı­sın­da
düş­dü­yü aciz vəziyyəti be­lə ifadə edirdi:


“Bir
vaxt­lar «sa­bit kai­nat» nə­zə­riy­yə­si­ni mü­da­fiə edən­lər­lə ona
qar­şı çı­xan­la­r ara­sın­da çox sərt mübahisə var­dı. Bir çox­la­rı
ki­mi mən də inan­dı­ğım üçün de­yil, həqiqət ol­ma­sı­nı is­tə­di­yim
üçün bu nə­zə­riy­yə­ni dəs­tək­lə­yir­dim. Mo­de­lin yan­lış­lı­ğı­nı
gös­tə­rən də­lil­lər or­ta­ya çıx­dıq­ca həm mən, həm də Fred Hoyl
on­la­ra ne­cə ca­vab ve­rə­cə­yi­mi­zi bil­mir­dik. Am­ma də­lil­lər
ço­xa­lın­ca ar­tıq oyun bit­di və «sa­bit vəziyyət» nə­zə­riy­yə­si­ni
bir tə­rə­fə at­dıq.” (Stephen Hawking, Kainatı Qucaqlayan Qarışqa,
1993, s. 62-63)


Al­lah Kai­na­tı Yox­dan Var Etmişdir

[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Be­lə­lik­lə,
elm in­ki­şaf et­dik­cə or­ta­ya qoyulan faktlar «sa­bit kai­nat»
nə­zə­riy­yə­si­ni ta­ri­xin ar­xi­vi­nə gön­dər­di. Bu­ndan sonra isə
da­ha vacib su­al­lar mey­da­na çıx­ma­ğa baş­la­dı ki, on­la­rın da ən
önəmlisi Bö­yük Partlayışdan əvvəl nəyin olması ilə bağlı idi. Yəni
“Bütün kainat Big Bang-dən sonra yaranmışdısa, bəs onda Big Bang-dən
əvvəl nə var idi?”


«Bö­yük
Partlayışdan əvvəl nə var idi» sua­lı­nın bir­cə ca­va­bı möv­cud­dur:
yer­lə­ri və göy­lə­ri bö­yük bir nizam için­də ya­ra­dan üs­tün güc və
qüd­rət sa­hi­bi olan Al­lah. İna­nıb-inan­ma­ma­sın­dan ası­lı
ol­ma­ya­raq, ək­sər elm adam­la­rı bu­nu qə­bul et­mək
məcburiyyətindədirlər. Hət­ta el­mi plat­for­ma­da bu­nu qə­bul
et­mə­yi öz­lə­ri­nə sı­ğış­dır­ma­sa­lar be­lə, bə­zi fi­kir və
ifa­də­lə­ri on­la­rı ələ ve­rir. Mə­sə­lən, məşhur ate­ist fi­lo­sof
En­to­ni Flu (Anthony Flew) eti­ra­fın in­sa­nın ru­hu­na xe­yir­li
ol­du­ğu­nu de­yə­rək, bun­la­rı bil­di­rir:


“Etiraf
etməyin insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir eti­raf
edə­cə­yəm – ate­izm ba­xı­mın­dan Big Bang mo­de­li ol­duq­ca
xo­şa­gəl­məz­dir. Çün­ki elm dini mənbələr tərəfindən müdafiə edilən
bir iddianı sübut etmişdir: kai­na­tın bir baş­lan­ğı­cı olduğu
iddiasını.”
(Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241)


Qeyd: Entoni Flu 2004-cü ildə 88 yaşında ateizmi tərk etdiyini açıqlamışdır. “Ateizmi könüllü şəkildə tərk edirəm… Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm.”

(http://www.biola.edu/anthonyflew/flew-interview.pdf)

İn­gi­lis
ma­te­ria­list fi­zi­ki H.P.Lip­son ki­mi bə­zi elm adam­la­rı isə Big
Bang nə­zə­riy­yə­si­ni is­tər-is­tə­məz qə­bul et­mək məcburiyyətində
ol­duq­la­rı­nı eti­raf edir­lər:


“Mən­cə,
bu nöq­tə­dən da­ha da irə­li­yə get­mək və ye­ga­nə iza­hın
ya­ra­dı­lış ol­ma­sıy­la ra­zı­laş­maq məcburiyyətindəyik.
Bu­nun
özüm də da­xil ol­maq­la, ək­sər fi­zik­lər üçün son də­rə­cə
xo­şa­gəl­məz və hət­ta ağır ol­du­ğu­nu bilirəm, am­ma əgər
təc­rü­bəy­lə əl­də olun­muş fakt­lar bir nə­zə­riy­yə­ni
doğ­ru­la­yır­sa, sırf xo­şu­mu­za gəl­mə­diyi üçün onu rədd
etməməliyik.”
(H. P. Lipson, “A Physicist Looks at Evolution”, Physics Bulletin, vol. 138, 1980, s. 138)

[Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Nəticədə
is­tə­sə­lər də, is­tə­mə­sə­lər də elm ma­te­ria­list alim­lə­rin
qar­şı­sı­na yalnız bir həqiqəti qo­yur: mad­də və za­man son­suz güc
sa­hi­bi, göy­lə­ri, ye­ri və iki­si­nin ara­sın­da olan­la­rı
qü­sur­suz şəkildə ya­ra­dan bir Ya­ra­dı­cı, hər şe­yə qa­dir olan
Al­lah tə­rə­fin­dən ya­ra­dı­lmışdır.


«Yed­di
gö­yü və bir o qə­dər də ye­ri ya­ra­dan Al­lah­dır. Al­la­hın hər
şe­yə qa­dir ol­du­ğu­nu, hər şe­yi öz el­mi­lə eh­ti­va et­di­yi­ni
bi­lə­si­niz de­yə, Al­la­hın əm­ri on­la­rın ara­sın­da na­zil olar»
(«Ta­laq» su­rə­si, 12).


Qu­ra­nın İşa­rə­lə­ri

Big
Bang mo­de­li vasitəsilə bə­şə­riy­yə­t kai­na­tı daha yaxından tanıma
imkanı əldə etdi və bu model daha bir funk­si­ya­nı da həyata keçirdi.
Ate­ist fi­lo­sof En­to­ni Flu­nun de­di­yi ki­mi, Bing Bangla
bir­lik­də «elm di­nin id­dia­sı­nı sü­bu­ta ye­ti­rdi». Di­ni
qay­naq­la­rın irə­li sür­dü­yü bu ger­çək kai­na­tın yox­dan
ya­ra­dıl­ma­sı­dır. Bu, el­min kəş­fin­dən min­lər­cə il əvvəl
Al­la­hın in­san­la­ra yol gös­tər­mək üçün gön­dər­di­yi mü­qəd­dəs
ki­tab­lar­da ya­zı­lmışdır. Töv­rat, İn­cil və Qu­ran ki­mi ila­hi
ki­tab­la­rın hər bi­rin­də kai­na­tın və ümu­miy­yət­lə, bü­tün­lük­də
mad­də­nin Al­lah tə­rə­fin­dən ya­ra­dıl­dı­ğı xə­bər ve­ri­lir.


Bu
ila­hi qay­naq­lar ara­sın­da təh­rif edil­mə­miş ye­ga­nə ki­tab olan
Qu­ran­da isə həm kai­na­tın yox­dan ya­ra­dı­lı­şı, həm də bu
ya­ra­dı­lı­şın forması ilə bağ­lı bil­gi­lər var. 14 əsr ön­cə vəhy
edi­lən bu bil­gi­lər XX əs­rin el­mi mə­lu­mat­la­rıy­la ta­ma­mi­lə
üst-üstə düşür.


Hər şey­dən əv­vəl, kai­na­tın yox ikən var edil­mə­si Qu­ran­da be­lə xə­bər ve­ri­lir:

« O, göyləri və yeri (yoxdan) var edəndir…» («Ənam» su­rə­si, 101).

Yaşadığımız
dövrdən 14 əsr əvvəl, in­san­la­rın kai­nat­la bağ­lı bil­gi­lə­ri son
də­rə­cə məh­dud olan dövrdə Qu­ran­da bil­di­ri­lən bir baş­qa ger­çək
isə (ey­ni­lə Big Bang nə­zə­riy­yə­si­nin iddia etdiyi ki­mi) bü­tün
kai­na­tın çox ki­çik həcm­də bir yer­dən ay­rı­lıb ge­niş­lən­mək­lə
or­ta­ya çıx­ma­sı­dır:


[Resimleri görebilmek için üye olun veya giriş yapın.]«Mə­gər
ka­fir olan­lar göy­lə yer bir-bi­ri­nə bi­ti­şik ikən Bi­zim on­la­rı
ayır­dı­ğı­mı­zı, hər bir can­lı­nı su­dan ya­rat­dı­ğı­mı­zı
bil­mir­lər­mi? Ye­nə də iman gə­tir­məz­lər?» («Ən­bi­ya» su­rə­si,
30).


Bu
ayə­nin ərəb­cə ori­ji­na­lın­da çox önəm­li bir kəl­mə se­çi­mi var.
Ayə­nin «bir-bi­ri­nə bi­ti­şik ikən» şək­lin­də tər­cü­mə edi­lən «ratk»
kəl­mə­si ərəb­cə lü­ğət­lər­də «bir-bi­riy­lə iç-içə, ay­rıl­maz
hal­da, qay­na­yıb-qa­rış­mış» mənalarını verir. Yə­ni tam bir bü­tün
ha­lın­da olan iki mad­də­ni an­lat­maq üçün iş­lə­di­lir. Ayə­də­ki
«ayır­dıq» ifa­də­si isə ərəb­cə «fatk» fe­li­dir ki,
bu da «ratk» ha­lın­da­kı bir obyekti ya­rıb, par­ça­la­yıb, bayıra
çı­xar­maq mənasını verir. Mə­sə­lən, to­xu­mun cü­cə­rə­rək, tor­pa­ğı
ya­rıb çıx­ma­sı bu fel­lə ifa­də edi­lir.


Bütün
bu bilgilərlə ye­ni­dən ayə­yə ba­xaq. Ora­da göy­lə ye­rin «ratk»
vəziyyətində ol­du­ğun­dan bəhs edi­lir. Daha sonra isə bil­di­ri­lir
ki, on­lar «fatk» fe­li­lə ay­rı­lıb­lar. Yə­ni bi­ri di­gə­ri­ni
ya­ra­raq, bayıra çıxmışdır. Həqiqətən də, Big Bang-ın ilk anı­nda «kos­mik yu­mur­ta» de­yi­lən nöq­tə­ kai­na­tın bü­tün mad­də­si­ni özündə ehtiva etmişdir. Yə­ni hər şey, baş­qa söz­lə, «göy­lər
və yer» bu nöq­tə­nin için­də «ratk» ha­lın­da­ olmuş, daha sonra
hə­min «kos­mik yu­mur­ta» şid­dət­lə part­la­mış və mad­də­lər «fatk»
olaraq, yə­ni yu­mur­ta­nı ya­rıb bayıra çı­xa­raq bü­tün kai­na­tı
əmə­lə gətirmişdir.


Qu­ran­da
bil­di­ri­lən bir baş­qa ger­çək isə elmə an­caq 1920-ci il­lə­rin
son­la­rın­da aydın olan kai­na­tın ge­niş­lən­mə­si fak­tı­dır. Bir
qə­dər əv­vəl bəhs et­di­yi­miz ki­mi, ilk də­fə Edvin Habb­lın
ul­duz­la­rın işıq spek­trının qır­mı­zı­ya doğ­ru sü­rüş­mə­si­nə
əsaslanaraq kəşf et­di­yi bu ger­çək Qu­ran­da be­lə bildirilir:


«Biz gö­yü qüd­rə­ti­miz­lə ya­rat­dıq və şüb­hə­siz, Biz onu ge­niş­lən­dir­mək­də­yik» («Za­ri­yat» su­rə­si, 47).

Qı­sa­sı,
müasir el­min kəşf­lə­ri bir tərəfdən ma­te­ria­liz­min eh­kam­la­rı­nı
dar­ma­da­ğın edir, di­gər tərəfdən isə Qu­ran ayə­lə­rin­də xə­bər
ve­ri­lən həqiqətləri bir da­ha təs­diq­lə­yir. Çün­ki kai­nat
ma­te­ria­list­lə­rin zənn etdiyi ki­mi, mad­di dün­ya­da­kı
tə­sa­düf­lər­lə de­yil, Al­la­hın qüd­rə­ti­lə ya­ra­dı­lmışdır.
Al­lah­dan gə­lən bil­gi isə şüb­hə­siz ki, kai­na­tın ya­ra­dı­lı­şı
haq­qın­da ən dol­ğun məlumatdır.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
ALLAHIN Kainati Yaratmasinin Elmi Sübutu: BiG BaNG
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Rock Classic - Fighter "Bang the Drum"
» DVD - Steven Patrick (former HOLY SOLDIER) Bang la Desh
» Boomer & the Big Bang
» X-Sinner question.
» Fat Freddy's Dollar Store Cinema Spectaculars

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: additonal information-
Keç: