only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 25-ci kadr_Şüuraltı Təsir

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: 25-ci kadr_Şüuraltı Təsir   C. Sen. 03, 2010 5:07 am


Media ingilis köklü bir söz olub, ictimaiyyətlə əlaqələr üçün vasitə və yayın orqanlarının hamısını ifadə edər…

Medianın
əhəmiyyəti və təsiri, dövrümüzdə müzakirəyə ehtiyacı olmayan bir
həqiqətdir. Texnologiyanın gündən-günə inkişafı medianı sürətlə böyüyən
bir güc halına dönüşməsini təmin etməkdədir. Bu gün dünyanın aparıcı
güc mərkəzləri medianın bilgiləndirmə və yönləndirmə təsirindən dolayı
ona möhtacdırlar. Reklamdan təbliğata qədər hər cür tanıtım və
açıqlamalar media tərəfindən təmin edilməkdədir. Dövlətlərarası
psixoloji, siyasi və mədəni savaşlar artıq silah və mərmi ilə deyil,
məhz media vasitəsi ilə aparılmaqdadır. Transmilli korporasiyalar yeni
bazarlar əldə etmək üçün medianın gücündən yararlanırlar, acımasız
rəqabət mübarizəsində medianın gücünə istinad edirlər.

Artıq
dünyanın ən ucqar nöqtəsi belə qlobal informasiya məkanının
qarşısıalınmaz təsir gücünün əhatə dairəsində qalır. İnsanlar buradan
xəbər alır, fikirləri və baxışları buradan formalaşır və buradan
yönləndirilirlər.

Media korporasiyaların nəzarəti altında olan
bu nəhəng informasiya bazarı elə bir güc halına çatıb ki, «Doğrunu
yanlış, yanlışı doğru» kimi göstərəcək qədər ictimaiyyəti yönləndirməyə
sahibdir. Qlobal güclər sərmayələrini media sayəsində qorumaqda və
artırmaqdadırlar. Artıq işğalında, istismarında ən təsirli vasitəsi
mediadır…

1957-ci ildə
Ceyms Vaykeri maraqlı eksperiment həyata keçirir: kinoteatrda film
nümayişi zamanı 1/300 saniyədə «Koka kola için» və «Pop-korn yeyin»
sözləri yazılmış kadr nümayiş etdirilir. Nəticədə filmin nümayişi sona
çatdıqdan sonra, kinoteatrı tərk edən tamaşaçılar pop korn və kola
satıcılarını «mühasirəyə» alırlar. Həmin eksperiment tarixə «25-ci
kadr» adı ilə daxil olur və ilk dəfə mediadan psixotron silah kimi
istifadə etməyin mümkünlüyünü tam çılraqlığı ilə ortaya qoyur.

[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Daha sonra «25 kadr»
yüksək nəticələr verdiyindən reklamda qadağan edildi. 50 il əvvəl
dünyanın bir sıra aparıcı kəşviyyat orqanlarının, o cümlədən Mərkəzi
Kəşviyyat İdarəsinin, Dövlət Təhlükəsizlik Komitəsinin bu istiqamətdə
başlatdıqları eksperimentlər göstərdi ki, subsensor rejimdə təqdim
edilən informasiya insan tərəfindən daha yüksək səviyyədə qəbul edilir.
Bu isə onunla əlaqədardır ki, insanların psixi fəaliyyətlərinin 97
faizi şüuraltı, yalnız 3 faizi şüur üstü səviyyədə davam edir…

Roma Papasına aid qərb jurnalistləri arasında məşhur olan bir lətifə yada düşür.
Papa
ilk dəfə Nyu-York şəhərinə gəlir. Təyyarədən enər-enməz jurnalistlər
onu dövrəyə alırlar. Biri-birinin ardınca suallar səslənir. Bu zaman
jurnalistlərdən biri papadan soruşur:
- Papa həzrətləri, əyləncə evini ziyarət edəcəksinizmi?
Papa heyrətlə jurnalistə tərəf dönərək:
- Nyu-Yorkda əyləncə evi varmı?-deyə soruşur.
Sabahı
gün Nyu-Yorkda nəşr edilən bütün qəzetlər «Papa Nyu-yorkda təyarrədən
enər-enməz, əyləncə evi varmı, deyə soruşdu» başlığı ilə çıxır.
Bu lətifədən çıxarılacaq nəticə nədir?
Medianın aldatma və yönləndirmə gücümü?
Və ya medianı yönləndirən zehniyyətin gücümü?
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
25-ci kadr_Şüuraltı Təsir
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: additonal information-
Keç: