only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

  Şeytan üçbucağı-BERMUD ADALARI

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Şeytan üçbucağı-BERMUD ADALARI   C. Sen. 03, 2010 5:10 am

Şeytan üçbucağı…
və yaxud «qaniçən zona»

Atlantik
okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən
şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazi var. Möcüzələr
və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli, müdhiş ərazisi
hesab olunur. Buraya «Atlantik qəbiristanlığı», «ölüm və ya şeytan üçbucağı»
da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s.
heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Kristofor
Kolumbun donanması olub.


Sirli müammalardan biri - «Meri Selist» gəmisi
Ən məşhur hadisə isə «Meri Selist» gəmisinin «Bermud üçbucağında» yoxa çıxmasıdır. Lakin çox sonralar (1872) «Deja Qrasiya» adlanan
ingi¬lis gəmisi təsadüfən «Meri Selist» gə¬misinə rast gəlir. Bu
hadisədə maraqlısı odur ki, gəmidə heç bir həyat əlaməti olmasa da,
buradakı bütün əşyalar, sənədlər, çarpayılar, stol, ərzaq və s. səliqə
ilə yerində qalmışdı.
Sözügedən zonada son 27 ildə mindən çox adam
həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyit və digər
əlamətlər aşkar olunmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi
itib. Bəzən təyyarə və ya gəmilərin birdən yoxa çıxması, yenidən
görünməsi, vaxtından əvvəl təyinat yerinə çatması kimi hadisələr də baş
verib.
1840-cı il. Baham adalarının paytaxtı olan Nassau limanının
yaxınlığında Fransanın «Rozali» gəmisi aşkarlanır. Əla vəziyyətdə olan
gəmidə hər şey qaydasında idi, bircə şeydən başqa. Gəmi heyəti yoxa
çıxmışdı. Gəminin jurnalında heyətin başına gələn hadisə barədə heç bir
qeyd aparılmamışdı. Bununla da «Bermud üçbucağı»nın qeyri - adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan «Mariya Çelesta»
gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer
tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı. Çox keçmir ki,
kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan «Dei Qratia» gəmisi
Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox
idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səsgücləndirici
vasitəsilə gəmidə kiminsə olmasını yoxlamaq istəyir. Lakin cavab
gəlmir.
20 oktyabr 1902-ci il. Atlantik okeanında Almaniyanın «Freya» ticarət gəmisinə rast gəlinir. Yenə də gəmidə heyət yoxa çıxmışdı.
4
mart 1918-ci il. ABŞ-nın 12 min ton su tutumu olan «Siklop» gəmisi 309
nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora
istiqa¬mət götürən «Siklop» təyin olunan yerə gəlib çatmır. Hər hansı
bir həyəcən siqnalı da qeydə alınmır.
Amerikalı yazıçı Berlitçin dediklərindən
«5 dekabr 1945-ci il. «Evendjer”
(«Qisasçılar») bombardmançı təyya¬rəsi havaya qalxaraq şərqə doğru
is¬tiqamət götürdü. Sonra onları gö¬rən olmadı… Əvvəlcə faciə səhnəsini
bər¬pa etməyə cəhd göstərək. Öncə¬dən xəbərdarlıq edirik ki,
təfərrüatlar istintaq materiallarından və Floridada çap olunmuş pəsmi
xronikadan götürülüb.
Saat 14.10-da 15 pilotla havaya qalxan 5
təyyarə hədəfə çataraq saat 15.30 -15.40 radələrində geriyə dönüb
cənub-qərbə istiqamət götürür. Lakin bir neçə dəqiqədən sonra saat
15.45 –də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi qəribə bir
məlumat alır: «Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik.
Torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük!» Dispetçer
onların koordinatları barədə sorğu verir. Lakin cavab bazadakı
zabitləri şoka salır: «Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik.
Deyəsən, azmışıq». Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə
düzgün qərar qəbul edirlər. «Qərbə doğru istiqamət götürün!» Yenidən
qəribə cavab: «Biz bilmirik qərb hardadır. Heç nə alınmır… İstiqaməti
müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür!»
Saat
16.45 –də Teylordan təəccüblü məlumat gəlir: «Biz Meksika körfəzinin
üstündəyik». Yerdəki dispetçer Don Ful fikirləşir ki, yəqin pilotlar
kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfində idi.
Saat 17.00. Pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan
kimsə efirə qışqırır: «Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik,
yəqin ki, evə düşərdik!» Sonra Teylorun səsi gəlir: «Bizim evimiz
şimal-qərbdədir…». İlk həyəcanlı anlar bir qədər səngiyir və pilotlar
aşağıda hansısa adanı müşahidə edirlər: «Məndən aşağıda torpaq var.
İnanıram ki, bu Kisdir…» Lakin hər şey hədər idi. Qaranlıq düşür, itmiş
təyyarələrin tapılması üçün havaya qalxan «Bombardmançı»lar əliboş
bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır…»
Lakin Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: «Mənə
elə gəlir ki, biz ağ sulara qərq oluruq… Biz tamamilə azmışıq». 1987-ci
ildə məhz orada – Meksika körfəzinin təkində 40-cı illərin istehsalı
olan «Evendjer»lərdən biri tapılır («Pravda» 02.03.1987). İstisna deyil
ki, yerdə qalan 4 təyyarə də hardasa yaxındadır. Ancaq bir sual indi də
maraqlı olaraq qalır: təyyarələr heç bir yerdə görünmədən 100 kilomet
şimala necə gedib çıxıb?

Azərbaycanlı alim «Ölüm üçbucağında»…
«Bermud üçbucağı»nda tədqiqat işi aparan dünya alimləri arasında geologiya-minerologiya elmləri doktoru Rüstəm Babayev də olub. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, dünya okeanoloqları ilə birgə «Bermud üçbucağı»nda
ekspedisiyada iştirak edən Geologiya İnstitutunun alimi Rüstəm Babayev
belə bir nəticəyə gəlib ki, bu möcüzəli yerin sirri ərazidən keçən
Qolfstrim cərəyanının daim həmin yeri lilləndirməsidir. Dibdə lil çox
qalın olur. Bu lil ən nəhəng gəmini belə gizlədə bilər. Bundan əlavə,
dibdə dərin yarıqlar da var ki, ora gəmilər yerləşməsə də, qayıqlar,
kiçik təyya¬rələr, insanlar düşə bilər. Orada həm də çox güclü burulğan
olur. O burulğan hətta havada nə varsa sovurub uda bilər. Bu cür
təhlükədən heç təyyarələr belə qurtula bilməz.
Fantaziya, yoxsa sərt və şıltaq məkan?
Hamı
düşünür: görəsən, «Bermud üçbucağı» doğrudanmı mövcuddur? Əgər
belədirsə, onda niyə bu möcüzəli məkanın sirri hələ də tam olaraq
açılmayıb?» Baxmayaraq ki, bu barədə nəinki adi insanlar, hətta alimlər
də çox fərziyyələr yürüdüb, araşdırmalar aparıblar, elm və texnikanın
inkişaf etdiyi indiki dövrdə belə «Bermud üçbucağı» möcüzə olaraq qalır.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
Şeytan üçbucağı-BERMUD ADALARI
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: additonal information-
Keç: