only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Nostradamus ve Onun Kehanetleri

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Nostradamus ve Onun Kehanetleri   C. Sen. 03, 2010 5:13 am

Dahi Mişel Nostradamusun həyatından maraqlı məqamları təqdim edirik.

Adı
tarixdə əbədi qalan, sönməz ulduza çevrilən astroloqlar çox olmuşlar.
Lakin bu möcüzəli aləmin ən parlaq ulduzu, bütün dövrlərin ən qüdrətli
görücüsü birmənalı şəkildə Mişel Nostradamus olmuşdur. Neçə əsrlərdir
tədqiqatçılar onu «görücülər görücüsü» adına
layiq görürlər. Maraqlıdır ki, uzaq gələcəkdə baş verəcək bir çox
səadətli və faciəli hadisələri gördüyü kimi, gələcəkdə onu «peyğəmbər»
adlandıracaqlarını da görmüş və buna öz etiraz səsini ucaltmışdı.


[Resimleri görebilmek için üye olun veya giriş yapın.]Əsrlərlə
adı əfsanəyə çevrilən, dünyanın ən möcüzəli şəxsiyyətlərindən biri olan
Mişel Nostradamus intibah dövründə, 1503 - cü ildə Fransada Katolik
dinini qəbul etmiş yəhudi ailəsində anadan olmuş, dünyasını dəyişdiyi
1566 - cı ilə qədər qeyri adi sevincli və məşəqqətli həyat yolu
keçmişdir. Maraqlıdır ki, Nostradamus həm zəmanəsində, həm də çox-çox
sonralar labüd olaraq dünyada baş verə biləcək əlamətdar hadisələri
qabaqcadan görmüş və gördüyünü bəyan edərək gələcək nəsillərə əmanət
qoymuşdur.O, digər görücülərdən fərqli olaraq, nəinki baş verəcək
əlamətdar hadisələri, onların vaxtını, hətta özündən əsrlərlə sonar
dünyaya gələcək bəzi tarixi simaların adlarını və onların hakimiyyət
müddətlərini də tam dəqiqliklə göstərmişdir. Nostradamus 450 il öncə
nəzmə çəkdiyi katrenlərdə (dördlük - dörd sətirdən ibarət şeir parçası)
Napoleonun düz 14 il hakimiyyətdə olacağını, Pasterin edəcəyi böyük
kəşfi bəyan edir. Göstərir ki, əsrlərlə insanlardan gizlənən üzə
çıxarılacaqdır. Hamı Pasterə yarımallah kimi təzim edəcəkdir. Pasterin
bu kəşfi ilə bağlı sonralar Birtaniya Ensiklopedyasında yazacaqlar:
«Yarımallah Paster indi indi öz sahəsində zamanın ən böyük alimi kimi
qəbul olunub».



Fransada DE Qoll adlı birisi üç dəfə rəhbər seçiləcək.

Almaniyada
Hisler (Hitler) adlı birisi 11 il hakimiyyətdə olacaq. Çox qanlar
tökəcək axırda ordusu da, özü də məhv olacaq. Onun başına nə gələcəyini
heç kim bilməyəcək. Nostradamus Hitler barəsində fikirlərini Fransa
kralı ‖ Henriyə göndərdiyi açıqlamada davam etdirir: «Bu, iradəcə güclü
adamın dili əlində cida olan dəlidən daha qorxulu olacaq. Zəmanəsinin
yetirməsi olan bu antixristin hakimiyyəti çox sürməyəcəkdir».


Görücü Frankodan da danışır: «İspaniyada Riveradan sonra hakimiyyətə Franko gələcəkdir».
Nostradamus
Neptun planetindən söz açır. Halbuki bu planet onun ölümündən 280 il
sonra, 1864- cü ildə fransız və alman astroloqları Jan Jozef Leverye və
İohann Qotfred Alle tərəfindən kəşf edilmişdir.
Görücü Böyük
Britaniyadan da bəhs edir. Hərçənd Böyük Britaniya onun ölümündən 152
il sonra yaranmışdı. Görücü Anqlikan sözündən bəhs edir. Halbuki,
ingilislər bu sözü yalnız 1635-ci ildən işlətməyə başlamışdılar. O,
eləcə də özündən 210 il sonra yaranmış ABŞ dövlətindən, ölümündən 250
il sonra yaranmış ABŞ Demokratlar Partiyası (1828-ci il) və onun
rəmzindən - uzunqulaq və qatırdan söz açmışdır.

Şübhəsiz
ki, bu möcüzə adamın Sovet ittifaqı ilə bağlı dedikləri hər birimiz
üçün də maraqlı olacaqdır. Nostradamus 27 iyun 1557-ci ildə Fransa
kralı ikinci Henriyə, əslində gələcək nəsillərə ünvanladığı açıqlamada
yazmışdı: «Oktyabr ayında böyük inqilab olacaq. Çoxları deyəcəklər ki,
bu indiyə qədər baş vermiş inqilabların ən dəhşətlisidir. Sanki həyat
məhvərindən çıxacaq. Yer üzünü zülmət bürüyəcək. Yazda və bundan sonra
böyük dəyişikliklər baş verəcək. Krallıqlar məhv olacaq, bütün bunlar
Yeni Babilistanın meydana gəlməsinə, iyrənc əxlaqsızlığa, çox pis
mənəvi düşkülüyə gətirib çıxaracaqdır… Sanki bu şərq səltənətində
insanların əxlaqının pozulması ucbatından Ulu Tanrı Şeytanı zülmətdən
azad etmiş və bunun nəticəsində Qüdrətli köpək (Stalin- Q.P.) və Doxan-
Qoq- Maqoq (qorxulu və dəhşətli adam) dünyaya gələ bilmişlər.
Kilsələrdə, məscidlərdə, ibadətgahlarda elə oyunlar çıxarcaqlar ki,
gözdən və əldən məhrum olmuş qırmızılar da, ağlar da bunun dəhşətli
nəticələrini görə bilməyəcəklər… Onlar ölkənin üçdə iki hissəsini məhv
edəcəklər. Üçdə biri qalacaq. Lakin artıq heç kim tarla və evlərin
həqiqi sahiblərindən neçə nəfərin sağ qalacağını müəyyən edə
bilməyəcəkdir. Onlar törətdikləri cinayətlərə görə cəzadan yaxa qurtara
bilməyəcəklər. 73 il 7 ay davam edən hakimiyyət əllərindən alınacaqdır».

Burada
bizim üçün anlaşılmayan bir şey yoxdur. «Krallıqlar dağılacaq» məhfumu
altında "ölkələr müstəqilliyini itirəcək və SSRİ yaranacaq", «Yeni Babilistan» -çox millətli materialist Sovet dövləti", "Şərq səltənəti" - «Sovetlər ölkəsi» mənasında
işlənmişdir. Göründüyü kimi, Nostradamus Sovet hkimiyyətinin 73 il 7 ay
davam edəcəyini də tam dəqiqliyi ilə göstərmişdir. 26 oktyabr 1917- dən
1991- ci ilin avqustuna qədər olan vaxtı
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]nəzərə alsaq düz 73 il 7 ay edir.

Onun
Ermənistan-Azərbaycan arasındakı Qarabağ müharibəsinə həsr edilən
katreni 1560-cı ilin sentyabr ayı üçün almanaxına daxil edilərək 54
saylı katren adı altında verilmişdir. O dövrə heç dəxli olmayan katren
belədir: Saçları qısa qırxılmışları (yumrubaşları) silahdan məhrum
edəcəklər. Bu, münaqişənin müddətini xeyli uzadacaq. İçki atası (içki
düşkünü) ildırım sürətli albanlara qarşı kələk işlədəcək.
Özününkülərdən ayrı düşənlər məhv olacaq. Əcnəbi tədqiqatçılar
«Albaniya» deyəndə müasir Azərbaycan və azərbaycanlıların nəzərdə
tutulduğunu etiraf edirlər. Nostradamusşünas Bardo Kidoqo yazır:
«Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu
təsəvvür düz deyildir. Əslində, qədim tarix də və Nostradamus da buna
işarə edir ki, Albaniya Qafqaz və İran arasında indi Azərbaycan kimi
tanınan ərazidir».


Tədqiqatçı
Con Houq və başqaları da eyni fikirdədirlər. Con Houq yazır: «Qədim
Albaniya Zaqafqaziya regionudur. Katren 20-ci əsrin doxsanıncı
illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir.
1993- cü ilin aprel iyun aylarında erməni ordu hissələri özünün
həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı.
90-cı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi».

Qarabağ
münaqişəsi hamıya tanışdır. Məlumdur ki, münaqişə ərəfəsində ruslar
azərbaycnlıların əlindən ov tüfəngini də alırdılar. Lazımi hərbi sursat
və müasir silahların olmaması ucbatından, katrendə göstərildiyi kimi,
münaqişəyə son qoyulmadı. Lakin sonralar başqa ölkələrdən silah əldə
edən Azərbaycn ordusu ildırım sürəti ilə Füzuli-Cəbrayıl istiqamətində
hücuma keçib çox yerləri azad edəndə, ermənilər vahimə içində qaçmağa
başladılar. Rusiyanın prezidenti Boris Yeltsin (içki düşkünü)
Azərbaycan rəhbərliyinə müraciət etdi və məsələni qan tökmədən həll
etməyə söz verdi. Sözarası Rusiyanın Ermənistanla hərbi sazişinin
olmasını da yada saldı. Atəşkəs əldə edilsə də, münaqişə həll
olunmadı.Katrenin dördüncü sətrində söhbət Qarabağda tutularaq
Ermənistana aparılan azərbaycanlılardan gedir. Katrenin ikinci
sətirindən göründüyü kimi, münaqişə bizim xeyrimizə həll olunacaq.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
Nostradamus ve Onun Kehanetleri
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: additonal information-
Keç: