only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Məşhurların Ölmədən Əvvəl Dedikləri Son Sözlər

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Məşhurların Ölmədən Əvvəl Dedikləri Son Sözlər   C. Sen. 03, 2010 5:23 am

Elə bir insan tapılmaz ki, həyatı boyu bir dəfə belə olsun ağılına bu sualı gətirməsin: "Görəsən öldüyüm zaman son sözlərim nə olacaq?"
Lakin bu problemin cavabını bilmək, yaşadığı müddətcə heç kimə nəsib
olmadı. İnsan, tək başqasının ölüm döşəyində söylədiklərinin şahidi ola
bilər. Elə isə məşhur insanların ölüm döşəyindəki son sözlərinə belə
bir nəzər salmaq, maraqlı olacaq.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]
Anatol
Frans (Jacques Anatole François Thibault), Vaslav Nijinsky, Giuseppe
Garibaldi və (Lord Corc Goldon) Byron, ölüm döşəyində eyni sözləri
söyləmişlər:
"Ana!"
Kraliça Anna Maria Antoinette
,
ölüm döşəyində tamamilə soyuqqanlıdır. O, edam ştativinə çıxdığı zaman
bilmədən cəlladın ayağının üstünə çıxmış və bunu söyləyirəm:
"Üzr istəyirəm müsyö, istəmədən oldu".

Knyaz Mihail Romanov, edamdan əvvəl çəkmələrini cellatlara verərək belə demişdir: "Uşaqlar, istifadə edərsiniz, nə də olsa, çar çəkmələridir!"

Bəstəkar Edward Griegin vida sözləri:
"Eger bu qaçınılmazsa, nə etməli..."

Scotlandlı tarixçi Tomas Carlyle, ölərkən dinc bir şəkildə belə deyər: "Demək ki, ölüm beləymiş"

Honoré də Balzac, son nəfəsində romanlarından birinin qəhrəmanı olan həkim Bianchonu xatırlayaraq belə deyər: "O, məni qurtara bilərdi..."

Məşhur rəssam Leonardo Da Vinçi, ölüm anında belə demişdir: "Mən Allahı [1] və insanları təhqir etmişim! Əsərlərim, mənim istədiyim yüksəkliyə yetişmədi!" [2]

Prusya
kralı I. Frederich, ölərkən keşiş onun yatağı başında dualar oxuyub,
"Bu dünyaya necə gəlmişsəm, elə də gedəcəyəm" sözlərini söyləyirkən Frederich, onun əlini itələyətək belə demişdir:
"Məni çılpaq basdırmayın, hələ də, bayram geyimiylə!"

Roma imperatoru Neron, ölüm döşəyində qışqıraraq belə demişdir: "Neçənci sənətkar ölür!" [3]

"Deyilmiş fikir yalandır."
ifadəsinin müəllifi Feodor Tütçevin son sözləri belə olmuşdur: "Fikri çatdırmaq üçün söz necə də ağrılıdır".

Henrich Ibsen bir neçə il iflic halda yatdıqdan sonra ölümünə az qala belə demişdir: "Əksinə olsaydı, ölümlə üzləşərdim."

Nadejda Mandelstam, ölüm anında bacısına belə demişdir: "Sən heç də qorxma."

Pablo
Picassonun son sözü "bass gitarist" Pol Makkartnini [4] o qədər
coşdurmuşdu ki, məşhur mahnılarının birində bu sözləri qeyd etmişdi: "Özüm üçün, sağlamlığım üçün, bir daha axı içə bilməyəcəyimi siz bilərsiniz!.."

22 Avqust 1883də Paris yaxınlarındakı Bujivalda ölən İvan Sergeyeviç Turgenyevin son sözləri çox maraqlı olmuşdur: "Eşqlərim, əlvida, mənim ağımtıllarım..."

Filosof Emmanuel Kant, ölərkən aşağıdakı ifadəni təkrarlamışdır: "Das ist gut" [5]

Lev Tolstoyun son sözləri haqqında müxtəlif görüşlər vardır. Bir rəvayətə görə o, son olaraq "Gerçəyi sevirəm!" demiş, başqa bir rəvayətə görə isə "Anlaya bilmirəm." demişdir. [6]

Albert Eynşteynin son sözləri bilinmir. Bunun səbəbidirsə xidmətçinin Almanca bilməməsidir..
Haşiyələr

[1] Ulu Tanrı keç günahımızdan - yazan: Yunis Xelilov

[2]
Fərqli bir rəvayətdə isə Kral I. Françoisə, "Əzəmətli hökmdarımın
qollarında ölmək mənim üçün şərəflərin ən böyüyüdür." dediyi qarşıya
qoyular. (Admin Qeydi)

[3] Digər bir rəvayətə görə, "Dünya bir böyük sənətkar itirir!" (Admin Qeydi)

[4]
Sir Paul McCartney. Əfsanəvi musiqi qrupu The Beatles' ın dörd üzvündən
biri, dünya tərəfindən məşhur İngilis rok ulduz, bass gitarist, söz
yazıçısış multi-enstrümantalist, musiqi və film prodüseri, heyvan
haqqları aktivisti. (Admin Qeydi)

[5] Çox yaxşıyam, heç bir şeyim yox, dəmir kimiyəm, mükəmməlim mənasında. (Admin Qeydi)

[6] Kimi qaynaqlarda isə "Qaçmaq, qaçmaq, qaçmaq." (Admin qeydi)
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
SerberuS



İsmarıc sayı : 13
Kayıt tarihi : 16/02/11
Yaş : 22
Şəhər/ölkə : Cehennem

Yeni mövzuMövzu: Geri: Məşhurların Ölmədən Əvvəl Dedikləri Son Sözlər   Çər. Fev. 16, 2011 4:34 pm

tShk melumat uchun....
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
Məşhurların Ölmədən Əvvəl Dedikləri Son Sözlər
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: additonal information-
Keç: