only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 "Back-masking" texnikası

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: "Back-masking" texnikası   B. Sen. 05, 2010 3:21 am

Amerikalı musiqiçi Jeff Milner, satanist
inanc dalğasının rok qrupları arasında, xüsusilə 1960-cı ilin sonları ilə
1970-ci ilin əvvəllərində böyük bir sürətlə yayıldığını qeyd edib.
“Back-masking“ə
arxa planı
pərdələmə

deyilir. Bəstəkar əvvəl əsl söyləmək istədiklərini eynilə mahnı kimi oxuyur.
Sonra onu tərsindən təkrar-təkrar dinləyərək, o gizli cümlələri əldə edə bilmək
üçün hansı misraların yazılması lazım olduğunu aydınlaşdırır. Bu sözləri verən
səsləri səbirlə düzəldib oxuduqda isə, musiqi artıq geriyə doğru hər
çalınışında bu cür propaqandist hissələri ehtiva edəcək.


Burada məqsəd, satanizmi təbliğ edən
sözlərin geniş kütlələrlə deyil, yalnız öz müridlərinə çatdırmaqdır. Ən
sevdikləri arxa plan nəqarəti isə "natas"dır. Yəni, şeytanın
İngiliscə tərsdən yazılışıdır. İndiki dövrdə belə nümunələrə xüsusilə metal
musiqisində rast gəlirik. Rok musiqi tarixində isə bu cür sınaqları edən
musiqiçilər Led Zeppelin, Jimmy Page və Robert Plantdır. Məlum olduğu kimi, hər
ikisi də sadiq bir satanistdirlər. Amma onlar bunu rədd edirlər.


Bundan əlavə Rolling Stonesin, Mick Jaggerin, Michael
Jacksonun və Beatles qrupunun da satanist olduqlarına dair tutarlı dəlilər var.
Bu sənətçilərin hamısının məşhur satanist lider Aleister Crowleyə qarşı xüsusi
bir məhəbbəti olub. Belə ki, Beatles qrupu, Crowleyin şəkillərini öz
albomlarının ön hissəsinə vururdular. 1875-1947-ci illərdə yaşamış din düşməni
və cadugər Crowley,
müridlərinə tərsdən danışmağın "şeytanın dili" olduğunu tədris edərdi
və onlara tərsdən danışmaq sənətini mütləq öyrənmələrini nəsihət bilərdi.



Amerikalı
musiqiçi Jeff Milner, satanist inanc dalğasının rok qrupları arasında, xüsusilə
1960-cı ilin sonları ilə 1970-ci ilin əvvəllərində böyük bir sürətlə
yayıldığını qeyd edib.



[b]" Because I live for
satan" (Çünki şeytan üçün yaşayıram)


Satanizmi gizlin şəkildə
təbliğ edən bəzi məşhur mahnılar:




1- The Eagles: "Hotel
Kaliforniya", "This Fara Down the Line"

2- Madonna: "Like a Prayer"
3- Michael Jackson: "Beat
it", "Morphine","Man en the Mirror
"(YƏQİNKİ MÜSƏLMANLIQDAN ƏVVƏL İMİŞ)
4- AC/DC: "Dirthy Deeds"
5- Rolling Stones: "Tops"
6- Metallica: "Am I Evil?"
7- Beatles: "Sergeant Pepper's
Lonely" albomu


Led Zeppelindən satanist mahnıların ən
məhşuru:


Stairway to Heaven (Cənnətə Uzanan
Nərdivan)


Rok tarixinin Pink Floyd qrupu
1961-ci ildə yaranıb və ən xarizmatik qruplardan biri olaraq qəbul edilir. Qrupun
indiki dövrdə artıq bir əfsanəyə çevrilmiş məşhur mahnısı "Stairway to
Heaven" isə bu hiyləgər kamuflyajın texniki müvəffəqiyyət baxımından
zirvəyə çatdığı işdir. Bir qrup qərbli araşdırmaçının cəmi müddəti 12 dəqiqə
olan bu məşhur mahnının ortalarında bir yerdə tutduğu tükürpərdici
"back-masking" hissəsi eynilə belədir:



"If there's a bustle en your
hedgerow, don't be alone now” (Əgər bağçanızda bir qarışıqlıq varsa, əsla
təlaşlanmayın)

“It's just a spring clean for the May
queen.” (Bu yalnız May kraliçasının etdiyi bir bahar təmizliyidir)


Bu mahnını,eyni sürətlə
tərsinə dinlədikdə isə yuxarıdakı cümlələr bu cür məna verir:



Here's my sweet satan- (Budur mənim
sevimli şeytanım)


The ona whose little path would make me
sad whose power his satan- (Bu kiçik cığırda irəliləyən məni xəstə edən şey,
şeytanın gücüdür)


He'll give you 666- (O sənə (şeytanın
İncildəki simvolu olan) 666 sayını verəcək)


There was a little toolshed where he
made us suffer, sad satan- (Kədərli şeytanın bizə iztirab verdiyi bir daxması
vardı)


Buradakı daxma sözü, qrup üzvlərindən
Jimmy Pagenin satanik ayinlər təşkil etmək üçün 1970-ci illərdə satın aldığı
tarixi bir evə işarədir.


Musiqidə həmçinin, "Your stairway
lies on the whispering wind" (Nərdivanın pıçıldayan küləyin üzərində
uzanar) sətiri də tərsindən dinləndikdə, "Because I live for satan"
(Çünki şeytan üçün yaşayıram) mənasını verir.

Qeyd edək ki, bu cür rock qrupları
özlərinin satanist olduqlarını inkar etməyə çalışsalar da, onların satanist
olduğu yuxarıda göstərilən dəlillərlə bir daha öz təsdiqini tapır. Onlar necə
ki öz bəstələrində gizli şəkildə şeytanı təbliğ edirlər, eləcə də özlərinin
satanist olduğunu bu cür gizlətməyə çalışırlar. Amma həqiqət ortadadır.


Təəsüflə qeyd etməliyik ki, Qərbə
inteqrasiyadan sonra bu cür çirkin mədəniyyət ölkəmizə də ayaq açdı. Və bu
müsiqilərin dəliləri bizdə də boy göstərməyə başladı. Bundan sonar isə müxtəlif
adda rep, rock, metal qrupları yarandı. Onlar özlərini vətənpərvər kimi
göstərərək, gənclərin qəlbini ələ alamağa çalışırlar. Amma əslində Azərbaycan
gəncliyini milli-mənəvi dəyərlərdən uzaq salaraq, Şeytana sitayiş aşılayırlar.



Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
"Back-masking" texnikası
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Testify - Pushing Back Darkness
» Rocks Back Pages (Stooge Reviews)
» Classic Petra: "Back To The Rock"
» LP INTERNATIONAL DUB MIX BACK TO BASIC
» Stryper is BACK !!!!

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: Your first category :: Only rock For rockers-
Keç: