only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Dunyanin En Sirli Teriqetleri

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Dunyanin En Sirli Teriqetleri   B.e. Sen. 06, 2010 1:34 am

Onlar ya dünyanı idarə edir, ya da idarə edənləri təsir altında saxlayır

Dünyanı
idarə etdiyi iddia olunan ən sirli örgütlər hansılardı? Onların
məqsədləri nədir? Necə yaranıblar? Bu sirli təriqətlər nə qədər insanı
birləşdirir?


1. Masonluq
“Mason” kəlməsi “daş ustası” mənasını verir.
Başlanğıcda mason qrupları həqiqi masonlardan, yəni daş ustalarından
ibarət idi. Amma sonradan hələ də məlum olmayan səbəblərdən qruplara
daş ustası olmayan insanlar da daxil oldu və onlara da “Azad və qəbul
edilmiş mason” (free mason) deyildi.


5 milyon üzv

Masonluğun
16-cı əsrin sonu, 17-ci əsrin əvvəlində yarandığı bildirilir. Bu, bir
növ “Qardaşlıq” qruplaşmasıydı. Hazırda dünyanın bir çox ölkəsində
yayılıb və 5 milyon üzvü var. Sadəcə İngiltərə, İsveçrə və İrlandiyada
480 min, ABŞ-da isə 2 milyon üzvü olduğu deyilir.


Masonların gizli sirləri

Masonların
ən dəyərli simvolizmi sirr və gizlilikdir. Masonluqda simvollardan biri
də rituallara dərindən yiyələnmək, onları yaymaq və uzunömürlülüyünü
saxlamaqdır. Bundan başqa, xüsusi mason kəlmələri, işarələri də
mövcuddur.


2. İllüminati

Bu
təriqət 1776-cı ildə Almaniyanın Münhen şəhərində Adam Veişaupt adlı
bir hüquq professoru və Baron fon Knigge tərəfindən yaradılıb.


Savad, savad, savad...

İllüminati, “savadlanmış, maariflənmiş, bilimli”
mənasını verir. Bu qrupun məqsədi cəhalətlə, təzyiqlə və kilsə
ehkamları ilə mücadilə etməkdir. Əvvəlcə əsl məqsədləri din
doqmalarından uzaq olmaq, azad düşünmək, Nyutonçu pozitiv düşüncənin
önünü açmaq idi. Sonralar isə gizli siyasi məqsədlər də güdülməyə
başlandı. İllüminati dünya siyasət tarixində bəlkə də üzərində daha çox
gizlilik nəzəriyyəsi daşıyan qrup halına gəlib.


Kilsəyə qarşı

İllüminati
təriqətinin yaradılmasının əsl məqsədi barədə bunları deyirlər:
“Kilsənin düşüncə tərzinə və əsl məqsədlərinə böyük antipatiyası olan
Qalileo Qaliley bir qrup yaradaraq, din ehkamları ilə mübarizə aparmaq
üçün parlaq və zəkalı gəncləri, həddən artıq ağıllı insanları bir yerə
toplayıb, onlara azadlığın, azad düşüncənin, maariflənmənin faydasını
başa salmağa çalışıb. 1774-cü ildə Mason olan Veişaupt bu əməllərin
masonluq içərisində də olduğunu bilsə də masonluğun fəlsəfəsinin daha
çox siyasət üzərində qurulduğunu görürdü. Bundan başqa, o, Almaniyada
böyük təsirə sahib olan kilsə hegemonluğuna son vermək qərarına gəldi.
Elə bu məqsədlə də 1776-cı ildə özü kimi düşünən 11 insanla bərabər
“İllüminati”ni qurdu.


3. Opus Dei

Opus
Dei, 1928-ci ildə Madriddə adi bir keşiş olan Jose Maria Escriva de
Balaguery Albas tərəfində qurulan 79 illik İspan əsilli bir təşkilatdır.


Katoliklərin təriqəti

Katolikliyə
sadiq, inancları və iş-güc sahibi olan insanları bir yerə toplayaraq
Papaya Vatikandan kənarda dəstək olacaq bir qrup yaradıldı. Bu qrupa
yaxşı təlim keçmiş, elit insanlar qəbul edildi. Bu günə kimi də Opus
Dei Vatikanda ən görkəmli təriqətlərdən biri hesab edilir.
Gizli
bir örgüt olan Opus Deinin bütün üzvləri katolikdirlər. Bundan başqa,
qrupda hər ölkəyə görə cavabdeh olan Kardinallar var. Onlara görə,
Papanın şəxsi Kilsədən də üstündür. Düşüncələrinə görə, Papa Tanrı
Krallığının müqəddəs öndəridir. Belə bir mərtəbəyə yüksələ bilən insan
isə əlbəttə, hamıdan üstün bir insandır. Bu düşüncələrlə də təriqət
üçün kilsə ikinci plana düşür.


Heyrət ediləcək sərvət

2,8
milyard dollar sərvəti, 15 universiteti, 97 təlim məktəbi, 36 ibtidai
məktəbi olan Opus Dei ilə bağlı indiyə kimi bir çox mübahisələr olub.
İndiyə kimi onların barəsində müxtəlif fikirlər və ittihamlar səslənsə
də təriqət bunların heç birinə aydınlıq gətirməyib.


4. Quru kəllə və sümüklər təriqəti

Bu təriqət Nyu-Havendeki Yale universitetində 1832-ci ildə Vilyam H.Rasselin başçılığı ilə bir qrup tələbə tərəfindən qurulub.

Örgütə girmək asan deyil

“Quru
kəllə və sümüklər” təriqəti Yalenin digər gizli örgütləri (Fərman və
Açar, Kitab və İlan, Qurd Başı, Eliyahu və Berzelius) arasında ən
qədimi və etibarlısıdır. Bu universitetin son kurslarındakı
tələbələrindən hər il sadəcə 15 insan təşkilata daxil ola bilir.


Hədəf yeni dünya düzəni

Ən
böyük hədəfləri Yeni Dünya düzənini gerçəkləşdirməkdir. Təriqətə
qatılanları da bu hədəfə uyğun olaraq təlimləndirirlər. 1898-ci ilə
qədər ABŞ-ın rəsmi rəhbərliyi üzərində sadəcə bir qədər təsir imkanları
var idi. Təriqət dünyanın ən zəngin insanlarına yetişməyə çalışır.
“Quru kəllə və sümüklər” təriqətinin digər mason örgütlərinə nisbətən
Amerikada daha çox yayıldığı və təsir gücünün olduğu da bildirilir.


5. Trilateral Komissiya

Bu 1973-cü ildə Devid Rokfeller, Henri Kissencer və Zbiqnev Bzejinski tərəfindən qurulmuş gizli bir örgütdür.

Təriqətin məqsədi

Bu
təriqət toxumları ABŞ-da cücərən “Yeni dünya quruluşu” fikrini dünyaya,
yəni Şimali Amerika, Avropa və Yaponiyaya daha yaxşı yaya bilmək üçün
yaradılıb.


Tək dünya dövləti qurulsa, piramida birləşəcək

Bzejinski
1973-1976-cı illər arasında rəhbərlikdə olub. Təriqətin simvolu su
şəkilindədir. Belə ki, Yer kürəsinin üç tərəfindən su axını birləşmək
üçün eyni səmtə axır, lakin hələ birləşməyiblər. Bunları birləşdirən
tək və çox böyük üçbucaq meydana çıxır. Üçbucaqların hər biri
trilateralın üç bölgəsini göstərir. Üçbucaqlar həm də piramidanın
simvoludur. Böyük piramidanın birləşməmiş olması onu göstərir ki, hələ
tək dünya dövləti qurulmayıb.


6. Bogema klubu

1872-ci
ildə qurulub. Təriqətin əsas üzvləri ABŞ-ın qərbindəki elit təbəqədir.
Respublikaçı prezidentlər və prezidentliyə namizədlərin hamısı bu
təşkilatın üzvüdür.


Hər bölgədə izləri var

Fəaliyyətləri
son dərəcə gizli olan bu təşkilatın aşkara çıxmasına ABŞ dövlət gücləri
əngəl olur. Bununla yanaşı, mərkəzdəki evlərdə eyni anda yüzlərlə
insanı həftə sonu bir araya gətirə bilirlər. ABŞ-ın hər əyalətində
izləri var. Simvolları bayquşdur. Rituallarda bayquşa itaət edirlər və
bayquş motivindən istifadə edirlər.


Əsas nöqtələrdə zəngin üzvlər var

Bogema
klubu həm çox zəngin, həm də əsas nöqtələrdə elitarların olduğu daha
üstün və daha çox gizli bir klubdur. 1000-ə yaxın ABŞ eltarı intensiv
olaraq həftə sonu Kaliforniyada və ya digər əyalətlərdəki iri həyətyanı
sahəsi olan evlərdə toplanıb, tədbirlər keçirirlər. Eyni zamanda başqa
rituallara da əməl edirlər.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
Dunyanin En Sirli Teriqetleri
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: additonal information-
Keç: