only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 KAINAT NECƏ YARANIB? Elm&Din

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: KAINAT NECƏ YARANIB? Elm&Din   C.a. Sen. 09, 2010 2:40 am

XXəsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında genişyayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuzəvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli”adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainathüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkiledən bu görüş kainatın yaradıldığını da inkar edirdi.
Materializməinanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən“sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraqgötürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalarmaddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı.Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi.Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.
Sonsuz kainat modelinin səhv olduğunu görən və buna qarşı elmi alternativ gətirən ilk şəxs belçikalı alim Corc Lematr (Georges Lemaitre) oldu. Lematr rus alimi Aleksandr Fredmanın (Alexandre Friedmann) bəzi hesablamalarına əsaslanaraq, kainatın əslində bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişləndiyi nəzəriyyəsini irəli sürdü. Bundan başqa, bu başlanğıc anından qalan radiasiyanın müəyyən oluna biləcəyini də bildirdi.
BuradaCorc Lematrın bir din alimi olmasını da vurğulamaq lazımdır. Lematr“kainatı Allahın yoxdan yaratdığı”na ürəkdən inanırdı. Yəni elməmaterialistərdən çox fərqli bir təməldən yanaşırdı.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]Sonrakı illər Lematrın inandığı təməlin doğru olduğunu ortaya çıxaracaqdı. İlk dəfə amerikalı astronom Edvin Habl (Edwin Hubble) istifadəetdiyi nəhəng teleskopla ulduzların həm bizdən, həm də bir-birlərindəndavamlı surətdə uzaqlaşdıqlarını kəşf etdi. Bu müşahidələrə əsasənkainatdakı hər şey bir-birindən uzaqlaşırdısa, bunun göstərdiyi birnəticə vardı: Kainat genişlənirdi, yəni materialistlərin iddiaetdikləri kimi hərəkətsiz, sabit deyildi.
Kainatın sabit olmadığını əslində Albert Eynşteyndaha əvvəl nəzəri olaraq hesablamışdı. Lakin bu hesablamalarnəticəsində əldə etdiyi faktlar o dövrün sabit kainat modeli ilə uyğungəlmədiyi üçün bu kəşfinin üzərində dayanmamış və bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hadisəni “karyerasının ən böyük xətası” adlandırmışdı.
Kainatın genişlənməsi daha vacib bir həqiqəti də göstərirdi: kainat genişləndiyinə görə, zamanərzində geriyə doğru getdikdə kainatın bir nöqtədən genişlənməyəbaşladığı ortaya çıxırdı. Aparılan hesablamalar nəticəsində isə bu təknöqtənin sıfır həcmə malik olması aydınlaşırdı. Elə kainat da bunöqtənin partlaması nəticəsində ortaya çıxmışdı. Bu partlayışa “BigBang”, yəni “Böyük Partlayış” adı verildi.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]Əslindəbu partlayan nöqtənin sıfır həcmə malik olması ifadəsi nəzəri olaraqistifadə edilir. Çünki sıfır həcm ifadəsinin qarşılığı “yoxluq”deməkdir. Yəni kainat yoxluqdan yaranmışdır. Ən doğru şəkildə ifadə etsək, “yoxdan yaradılmışdır”.
«BigBang» nəzəriyyəsi yoxdan yaradılma həqiqətini açıq-aşkar göstərir.Lakin bu nəzəriyyənin qəbul edilməsi üçün elmi dəlillərinin dətapılması lazım idi. 1948-ci ildə Georgi Qamov kainatın böyük birpartlayışla əmələ gəldiyi halda, Lematrın da daha əvvəl bildirdiyikimi, kainatda bu partlayışdan qalan radiasiyanın olmasının və buradiasiyanın kainatın hər tərəfində bərabər miqdarda yayılmasıfərziyyəsini irəli sürdü.
Qamovun tapılmasının vacib olduğunu dediyi bu dəlil isə qısa müddətdə aşkar edildi. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Arno Penzias, Robert Wilson)adlıiki tədqiqatçı bu radiasiyanın qalıqlarını kəşf etdilər. “Kosmik FonRadiasiyası” adlandırılan bu radiasiya lokal deyildi və kainatın həryerinə yayılmış radiasiya idi. Beləliklə, uzun müddət kainatınhər yerindən bərabər ölçüdə alınan istilik dalğasının «Big Bang»-in ilkdövrlərindən qaldığı ortaya çıxdı. Penzias və Uilson bu kəşflərinə görə Nobel mükafatına layiq görüldülər.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]1989-cu ildə isə Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa «COBE» süni peykinigöndərdi. Bu təkmilləşdirilmiş peykə yerləşdirilmiş həssas ötürücülərdə Penzias və Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzindətəsdiqlədilər.
KainatınAllah tərəfindən “Big Bang” ilə yoxdan yaratdığı həmin bu dəlillərləsübuta yetirilməsi materialist elm adamlarını çox çaşdırdı. Çünki illərboyu fəaliyyətlərinin, ortaya atdıqları fikirlərin, əsassıznəzəriyyələrinin bir-bir məhv olduğuna şahid olurdular. Tanınmış ateistfilosof Entoni Flyu (Anthony Flew) bu barədə fikirlərini belə ifadəedir:
«Etirafıninsan ruhuna xeyirli olduğunu söyləyirlər. Mən də bir etiraf edəcəyəm:«Big Bang» modeli bir ateist baxımından olduqca sıxıntı verəndir. Çünkielm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı isbat etmişdir:kainatın bir başlanğıcı olduğu iddiasını. Mən hələ də ateizmə inanıram,amma bunu «Big Bang» qarşısında müdafiə etməyin o qədər də asan vərahat olmadığını etiraf etməliyəm». (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, s. 241)
Qeydedək ki, daha sonralar Entoni Flyu bütün bu elmi faktlar qarşısındasəmimi davranmışdır. Entoni Flyu-nun 2004-cü il açıqlaması buşəkildədir. “Ateizmi könüllü şəkildə tərk edirəm… Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm.”
(http://www.biola.edu/anthonyflew/flew-interview.pdf)
Bununlabelə, bu gün bir vaxtlar Allahın varlığını inkar edən, ateistdünyagörüşünə inanan bir çox elm adamları kainatın sonsuz güc sahibiAllah tərəfindən yaradıldığını qəbul etmişdir. Məsələn, «Big Bang»-ləbağlı fəaliyyətləri ilə tanınan amerikalı alim Uilyam Leyn Kreyq (William Lane Craig) bu barədə belə deyir:
[Resimleri görebilmek için üye olun veya giriş yapın.]«Əslində“heçlikdən sadəcə heçlik çıxar” qanununa uyğun olaraq, «Big Bang»-infövqəltəbii bir səbəbi olmalıdır. Partlayışdan əvvəlki təklik hər cürzaman-məkan məfhumlarının sona çatdığı hədd olduğuna görə, «BigBang»-in fiziki bir səbəbi olması qeyri-mümkündür. Əksinə «BigBang»-in səbəbinin fiziki fəza və zaman hüdüdlarından tamamilə kənar,kainatdan tamamilə müstəqil və ağlın dərk etməyəcəyi dərəcədə qüdrətliolması lazımdır. Üstəlik, bu səbəb özü müstəqil iradəsinə sahib olanşüurlu varlıq olmalıdır… Dolayısı ilə, kainatın mənbəyinin səbəbikainatı sırf öz iradəsi ilə müəyyən bir zaman əvvəl var edən birYaradıcıdır. (William Lane Craig, Cosmos and Creator, Origins & Design, Bahar 1996, cild 17, s. 18)
«BigBang» nəzəriyyəsinin bizə göstərdiyi əhəmiyyətli bir nəticə də budurki, İlahi biliklərə istinad edən elm anlayışı kainatın sirləriniaçmaqda son dərəcə uğurludur. Materialist fəlsəfəyə istinad edən elmadamları ortaya “sonsuz kainat” modelini atmış, ancaq bütün səylərinəbaxmayaraq, bu nəzəriyyəni əsaslandıra bilməmişdilər. Corc Lematrındini mənbələrə əsaslanaraq irəli sürdüyü «Big Bang» nəzəriyyəsi isəelmin inkişafına təkan vermiş və kainatın həqiqi başlanğıcının başadüşülməsini təmin etmişdir. XX əsrin elm tarixinə baxdığımız zaman bunabənzər vəziyyətin digər sahələrdə də mövcud olduğunu görə bilərik.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
KAINAT NECƏ YARANIB? Elm&Din
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: ISLAM həqiqətləri :: ISLAM həqiqətləri-
Keç: