only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Xristofor Kolumb

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Xristofor Kolumb   C.a. Sen. 09, 2010 3:24 am

Xristofor Kolumb, (lat. Christophorus Columbus, ital. Cristoforo Colombo, ispan. Cristóbal Colón) məşhur səyyah Amerika qitəsini kəşf etmişdir.

Kolumb1451-ci ildə Oktyabrın 29-da İtaliyanın Genuya səhərindədoğulmuş,ömrünü İspaniyada başa vurmuşdur (20 may 1526-ci il). O, ilkdəniz səyahətinə 1472-ci ildə doğma şəhərindən başlamışdı. 1476-ci ildəPortuqaliyaya gedən Kolumb ilk dəfə buradan uzaq dəniz səyahətinəçıxdı. İngiltərə, Atlantik okeanındakı Madeyra adasına, Qvineyakörfəzinə üzdü. Bir müddət Madeyra adasında yaşadı.

XristoforKolumb Portuqaliyada ailə həyatı qurdu. Portusantu adasının hakimiİtaliyan pərəstrəllonun qızı ilə evləndi. 1479-cu ildən etibarən Kolumbqəti olaraq Portuqaliyada qərarlaşdı. Bu zaman geniş cografi biliklərəyiyələnən Kolumb, artıq, dənizçilik işində də çox təcrübə toplamışdı.O, artıq qəti olaraq yerin kürə formasında olmasına inanırdı. Bu dövrdəiki dövlət - İspaniya və Portuqaliya Hindistana dəniz yolu tapmaqüstündə bəhsə girmişdilər. Buna görə də Kolumb Hindistana dəniz yolunutapmaq barədə öz layihəsini Portuqaliya Kralı II Juana (1481-1495)təqdim etdi. Amma Kral bu layihəni rədd etdi. Bu səbəbdən KolumbPortuqaliyanın rəqibi olan İspaniyaya köçmək qərarına gəldi. 1484-cüildə o İspaniyaya köçür. Bundan iki il sonra o İspaniya Kraliçasıİsabellaya öz layihəsini təqdim edir və Kraliça bu layihəni bəyənir,amma o bu səyahət üçün vəsait buraxmaqdan imtina edir. Kolumb yenidənPortuqaliya Kralına müraciət edir və yenə də rədd cavabı alır. Fransayamüraciət edir, yene də həmin cavabı alır. 1492-ci ildə tale nəhayətKolumbun üzünə gülür. İsabella ona vəsait ayıracağını bildirir. Bunueşidən Kolumb, Palos adasında olan dostları Pinson qardaşlarını daköməyə çağirir.

Nəhayətgözlənilən an gəlib çatır. 1492-ci il avqustun 3-də Kolumb İspaniyanınPalos limanından uzaq səfərə çıxır. Onun komandası 90 nəfərdən və 3gəmidən: "Santa Mariya", "Pinta" və "Ninya" gəmilərindən ibarət idi.1492-ci ilin oktyabrının 12-də gecə yarı Matros Rodrigo "quru" deyəqışqırmağa başlayir. Bu zaman Kolumb çox sevinir. O, guman edir ki,Hindistana Dəniz yolunu artıq tapıb. Amma onların gördükləri qurusahəsi Baham adalarından biri olan Sansalvador idi. O, qiymətli daş-qaşaxtarışı məqsədi ilə cənuba doğru üzür və oktyabrın 29-da Kuba adasınıkəşf edir. O, burada heç bir şey tapa bilmədiyi üçün yenidən üzməyəbaşlayır və dekabrın 6-da Haiti adasını tapır. Bu zaman "Santa Mariya"gəmisi qəzaya uğrayır. O, burada 43 nəfər könüllü qoyub 1493-cü ildəİspaniyaya qayıtmaq qərarına gəlir. Həmin il martın 15-də o, İspaniyayaçatır. Birinci səyahətdən sonra onu İspaniyada yaxşı qarşıladılar. O,İspaniya Kraliçasını inandıra bildi ki, yəni kəşf olunan ölkələrxəzinəyə külli miqdarda gəlir vərəcək. Bundan sonra o "Baş okeanadmiralı" rütbəsinə yüksəlir.

1493-cüildə Kolumb 17 gəmi ilə səyahətə çıxır. O, bu dəfə əvvəlki yollagetmədi, və səyahət zamanı yeni quru sahələri - kiçik Antil adalarını,Antiquanı kəşf etdi. 1494-cu ildə o Yamayka adasını kəşf edir. 1496-ciildə səyyah yenidən İspaniyaya qayidir. O, bu dəfə də özünə haqqqazandıra bilir. 1498-ci il mayin 30-da (bu zaman artıq Hindistanadəniz yolunu Vasko Da Qama kəşf etmişdi, amma bu xəbər hələ Avropayagəlib çatmamışdi) 6 gəmi ilə yenidən Atlantik okeanına çıxır. 1500-cüildə o geri qayıdır. Bu dəfə canını zorla qurtarir. 1502-ci ildə 4-cüdəfə səyahətə çıxır. Bu Kolumbun son səyahəti idi. Gəmilərin bir neçəsiqəzaya uğradığından o geri dönmək məcburiyyətində qalir, və geridonərkən İspaniyaya kraliçası İsabellanın öldüyünü eşidir. Həmin ilinsonunda da səyyah özü Valyodoliddə vəfat edir.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
Xristofor Kolumb
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: Şəxsiyyətlər :: Tarixi Şəxsiyyətlər-
Keç: