only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Xaricdə Təhsil Haqqinda Ümumi Məlumat

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Xaricdə Təhsil Haqqinda Ümumi Məlumat   Ş. Sen. 18, 2010 1:37 am

Müasir dövrdə ölkələrin inkişaf səviyyəsi iqtisadi meyarlarlayanaşı, həm də onun təhsil sistemindəki vəziyyət və mövcud kadrpotensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. Çünki hər bir ölkədəgedən bütün mənfi və müsbət proseslər insan amili ilə sıx əlaqədardır.Hərtərəfli və davamlı inkişafın etibarlı yolu elm və təhsilə daha çoxdiqqət və qayğı göstərilməsindən və onun müasir dünya standartlarınauyğun təşkilindən keçir. Məhz buna görə də qərb və yer kürəsinin digərqabaqcıl dövlətləri özlərinin inkişaf səviyyələrini qoruyub saxlamaq vəyeni hədəflərə doğru irəliləmək üçün bu sahəyə birinci dərəcəliəhəmiyyət verirlər. Həmyerlilərimiz pərakəndə şəkildə tarixinin müxtəlif çağlarındaxaricdə təhsil almışlar. Planlı və məqsədyönlü şəkildə, dövlətsəviyyəsində təhsil isə XX əsrin əvvəllərində , yəni Azərbaycan XalqCümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çoxazərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi iləbaşlanmışdır.Bundan sonrakı illərdə də respublikadan kənarda təhsil almaqtəcrübəsi mövcud olmuş, lakin bu, həm məzmun, həm də miqyas baxımındanəhəmiyyət kəsb etməmişdir. Yalnız ulu öndərimiz, ümummilli liderimizHeydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandansonra bu sahədə, sözün əsl mənasında, dirçəliş başladı. Təsadüfi deyilki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa göndəriləngənclərin sayı 70 nəfər idisə, 70-ci illərin sonunda 900 nəfər, 80-ciillərin əvvəllərində isə ildə 1000-1400 nəfər olmuşdur. Həmin dövrdə,ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin nüfuzlu aliməktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldıqdan sonra Vətənəqayıdaraq, ölkəmizin iqtisadi, mədəni və elmi potensialınıngücləndirilməsinə öz layiqli töhfələrini verdilər.Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu məsələyenidən diqqət mərkəzində olmuşdur. Elm və təhsil sahələrindətədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almışdır. Buproseslərin bir qismi dövlət sazişləri çərçivəsində tənzimlənir. Xariciölkələrdə kadr hazırlığı məhz, Azərbaycanın xarici dilləri mükəmməlbilən, informasiya-kommunikasiya texnologiyalarından əla istifadəbacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksəkhazırlıqlı mütəxəssislərə olan ehtiyacının qarşılanmasına xidmət edir.Xaricdə təhsilə olan ümummilli lider qayğısı bu gün də ölkə başçısıİlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Belə ki,Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsilalmalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təminetmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xariciölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə"Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 16 aprel tarixli 2090nömrəli Sərəncamı imzalanmışdır. Prezidentimizin bu Sərəncamınınbeynəlxalq arenada da böyük rəğbət və hörməti var.Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm dəAzərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət vəənənələrinin təbliğatçılarıdırlar.Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaqüçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi vəonlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətəmalik olan məsələlərdir.Azərbaycanın dövlət mənafelərini qoruyacaq yüksək ixtisaslımütəxəssislərin hazırlanması məqsədilə xaricdə təhsil proqramlarımahiyyətinə görə müxtəlif formalarda həyata keçirilir:

  1. öz imkanları hesabına xaricdə təhsil;
  2. müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil;
  3. dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqındaikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılantəqaüdləri hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilənxaricdə təhsil;
  4. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdəAzərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”çərçivəsində xaricdə təhsil.
Ümumiyyətlə, xaricdə təhsilin daha geniş yayılmış forması gənclərinbirbaşa təhsil meəssisələrin müraciəti və müvafiq qəbul prosedurlarınıkeçdikdən sonra fərdi müqavilə əsasında təhsil almasıdır. Eyni zamanda, müasir dövrdə gənclərimizin dünyanın qabaqcıl alitəhsil ocaqlarında təhsil alması prosesinin daha sistemli və səmərəliaparılmasını təmin edən Dövlət Proqramı Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli, 2090nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də yuxarıdaqeyd olunan digər təhsil formaları üzrə, demək olar ki, Avropaölkələrinin əksəriyyətində, ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin,Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşıtəhsil alır.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
Xaricdə Təhsil Haqqinda Ümumi Məlumat
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: xaricdə təhsil(education abroad) :: xaricdə təhsil(education abroad)-
Keç: