only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Xarici universitetlərə daxil olma qaydaları

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Xarici universitetlərə daxil olma qaydaları   Ş. Sen. 18, 2010 1:41 am


Dünyanın əksər ölkələrinin ali məktəblərinə xarici ölkəvətəndaşlarının qəbulu hər ölkənin qanunvericiliyində nəzərdə tutulmuşprosedur qaydalarına uyğun olaraq həyata keçirilir. ABŞ, Avropa vəAsiya ali məktəblətirinin əksəriyyətinə qəbul olunmaq üçün xarici ölkəvətəndaşı birbaşa olaraq seçdikləri ali məktəb ilə internet vasitəsiləəlaqə qurur, istənilən sənədlərin sürətləri və özü haqqında ətraflıməlumatı (CV) müvafiq ünvana təqdim edir. Sənədlər araşdırıldıqdansonra namizədə bu barədə müsbət və ya mənfi cavab verilir. Müsbət cavabaldığı təqdirdə namizəd sənədlərin əsli ilə müraciət etdikdən sonra aliməktəb son nəticə barədə namizədə rəsmi məlumat verir.

Xarici ölkələrin hökumət və qeyri hökumət qurumları tərəfindən vəmüvafiq ali məktəblər tərəfindən ayrılan təqaüdlər çərçivəsində xaricdətəhsil almaq istəyən namizədlərin seçimi Təhsil Nazirliyi və ya xariciölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri tərəfindən elanolunmuş müsabiqələr əsasında dəvət olunmuş xarici ekspertlərin iştirakıilə həyata keçirilir. Bu proqramlar çərçivəsində Yaponiya, Koreya,Yunanıstan və s. ölkələrdə onlarla Azərbaycan Respublikası vətəndaşıtəhsillərini davam etdirirlər.

Qardaş Türkiyənin ali məktəblərinə qəbul hər il aprel ayındaAzərbaycanda təşkil olunan TCS (Dövlət xətti) və YÖS (ödənişliəsaslarla) qəbul imtahanlarının nəticələri əsasında həyata keçirilir.Dövlət xətti ilə qəbul imtahanları Təhsil Nazirliyinin sifarişlərinəəsasən Türkiyədən gələn heyətin də iştirakı ilə Azərbaycan RespublikasıTələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Ödənişliəsaslarla təhsilə qəbul Türkiyədən gələn heyət tərəfindən təşkil olunantest imtahanlarının nəticələrinə görə aparılır. Dövlət xətti ilətəhsilə qəbul olunmuş təhsil, yaşayış xərcləri və eləcə də aylıq təqaüdTürkiyə tərəfindən ödənilir. Azərbaycan tərəfi bu tələbələrə aylıqtəqaüd və onların ildə bir dəfə təyyarə ilə gediş-gəliş xərcləriniödəyir.

Rusiya Federasiyası Hökumətinin hər il Azərbaycana ayırdığıtəqaüdlər çərçivəsində bu ölkənin ali məktəblərinə qəbul TəhsilNazirliyinin sifarişlərinə əsasən Azərbaycan Respublikası Tələbə Qəbuluüzrə Dövlət Komissiyası tərəfindən keçirilir. Qəbul olunmuş tələblərintəhsil, yaşayış xərcləri və eləcə də aylıq təqaüd Rusiya tərəfindənödənilir. Azərbaycan tərəfi bu tələbələrə aylıq təqaüd və onların ildəbir dəfə təyyarə ilə gediş-gəliş xərclərini ödəyir.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdəAzərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”çərçivəsində xaricdə təhsil Azərbaycan Respublikası NazirlərKabinetinin 3 iyun 2008-ci il tarixli, 128 nömrəli qərarı ilə təsdiqedilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçimqaydaları”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı ölkələrüçün elan olunmuş və xarici ekspertlərin iştirakı ilə təşkil olunanmüsabiqələr çərçivəsində həyata keçirilir.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
Xarici universitetlərə daxil olma qaydaları
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: xaricdə təhsil(education abroad) :: xaricdə təhsil(education abroad)-
Keç: