only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Ümumi məlumat

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: Ümumi məlumat   Ş. Sen. 18, 2010 11:14 pm


Azərbaycan Respublikası müstəqilliyinibərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlaratılmışdır. Beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlıq inkişafetməyə başlamış, qabaqcıl dünya ölkələri ilə ayrı-ayrı sahələrdəinteqrasiya prosesləri geniş vüsət almışdır. Ölkənin daxili və xaricisiyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeniiş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərinaradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturununformalaşdırılması məqsədi ilə hökumət tərəfindən həyata keçiriləntədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığıprobleminin həllini zəruri etmişdir.
Qloballaşma proseslərinin fəaliştirakçısı olan Azərbaycan Respublikasında iqtisadiyyatın dünyaiqtisadi sisteminin tərkib hissəsinə çevrilməsi öz növbəsində yenitipli iqtisadçı kadrlar hazırlanmasına tələbat yaratmışdır. Biliklərəəsaslanan iqtisadiyyata transformasiya yolunda aparılan işlərinformasiya cəmiyyətinin tələblərinə uyğun yüksək hazırlığa malikmütəxəssislərə ehtiyacı artırmışdır. İnformasiya cəmiyyəti üzrəümumdünya sammitində ölkənin "qara qızıl"ının insan potensialınıngücləndirilməsinə yönəldilməsi ilə bağlı Azərbaycanın qaldırdığıproblem informasiya texnologiyaları və innovasiya sektorunda kadrhazırlığı işinin təkmilləşdirilməsini vacib etmişdir.
Azərbaycanda elm və təhsilinmaddi-texniki bazası və kadr potensialı əsasən XX əsr ərzindəformalaşmışdır. 1970-1980-ci illərdə SSRİ-nin müxtəlif ali məktəblərinəgənclərin kütləvi şəkildə göndərilməsi yüksək ixtisaslı mütəxəssislərlətəminat baxımından respublikanın qabaqcıl mövqelərə çıxmasına imkanvermişdir. Bununla belə 1990-cı illərdən sonra müəyyən obyektiv vəsubyektiv amillər nəticəsində bir sıra sahələrdə çalışanların dünyadabaş verən müasir proseslərlə ayaqlaşa bilməməsi reallığa çevrilmişdir.
Təəssüf ki, fundamental elmlərin kadrtəminatı problemləri ilə yanaşı, Azərbaycan mədəniyyəti, ədəbiyyatı vəincəsənətinin zəngin irsinə dair araşdırmaların azərbaycançılıqməfkurəsi çərçivəsində aparılması üçün mövcud kadr potensialı kifayətqədər deyildir. Dünyanın müxtəlif kitabxanalarında, arxivlərində vəəlyazma fondlarında saxlanılan milli-mədəni sərvətlərimizin üzəçıxarılaraq tədqiq olunması aktuallıq kəsb etsə də, müvafiq hazırlığamalik kadrların çatışmazlığı hiss olunur. Bu gün Azərbaycanın alitəhsil müəssisələrinin imkanlarının məhdudluğu elm və təhsilimizinəsaslı problemlərinin həlli işinin tam həcmdə həyata keçirilməsiniçətinləşdirir.

Son vaxtlar Azərbaycanın iqtisadiyyatı kimiAzərbaycan elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiyaproseslərinə cəlb olunmuşdur. Elm və təhsil sahələrində alim, müəllimvə tələbələrin mübadiləsi geniş vüsət almışdır. Bu proseslərin dövlətsazişləri çərçivəsində yalnız bir qismi tənzimlənir. Lakin müasirmərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik,informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitəbağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsiölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadrhazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən,informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalqdiplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərəolan ehtiyacın ödənilməsini tələb edir.
Respublikanın inkişaf perspektivləriictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlarqarşısında ölkə daxilində və xaricində müxtəlif dövlət qurumlarında,beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəlsektorda çalışaraq Azərbaycanda idarəetmənin və mədəniyyətin, elmin,təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni birmərhələyə keçidini təmin etmək vəzifəsin qoyur.
Bütün bunlar Azərbaycanda dövlətqurumlarının işinin təkmiltiny_mce_markerəşdirilməsi, iqtisadiyyatınyeni yüksək səviyyəyə qaldırılması, ölkənin elm və təhsil potensialınınzənginləşdirilməsi naminə dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarındamütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir.
Azərbaycanlı gənclərin ölkə üçün zəruriixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühümamilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərininxarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında"Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli1746 nömrəli Sərəncamı imzalanmışdır. Həmin sərəncama uyğun olaraqhazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xariciölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda (bundan sonra DövlətProqramı) istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkiliistiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
 
Ümumi məlumat
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: xaricdə təhsil(education abroad) :: xaricdə təhsil(education abroad)-
Keç: