only rock

for rocker
 
AnasayfaTakvimMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 H.O.S.T alliance

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin


İsmarıc sayı : 65
Kayıt tarihi : 26/08/10

Yeni mövzuMövzu: H.O.S.T alliance   C.a. Avq. 26, 2010 4:12 pm

H.O.S.T - Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda
rap fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal
Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb,
konsertlərdə çıxış edib. 2005-2006-cı illər ərzində əsası qoyulan və
fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib –
artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck,
ErranT da qoşulub. Clan`ın “Sənsiz (Love Story)” hiti də məhz o dövrdə
yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq
əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rap Birliyi)
nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə
bərabər Baku Clan`la da bir sıra treklər yazdırır. 2006-cı ilin
dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız
rap`i yox bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr
və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və
danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın
13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü –
H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan
Dərviş və AiD də daxil olur. Onsuz da planlaşdırılan treklərin
hazırlanma prosesi başlanır. “Həyatım Əllərimdə” və “How We Rappin`”
sinqllarından sonra Alliance albom yazılışılarına başlayır. Əvvəlcə
“Propoqanda” trekiylə eyni adlandırılmaq istənən albom bir sıra
müzakirədən sonra öz üz səhifəsində bu yazını tapır – “Proloq”.


//

[Resimleri görebilmek için üye olun veya giriş yapın.] "Proloq" [Resimleri görebilmek için üye olun veya giriş yapın.]


[Resimleri görebilmek için üye olun veya giriş yapın.][Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Prolog 2007






  • 1. İntro
  • 2. H.O.S.T (Qaraqan, Felon De Jure, ErranT, Jamal Ali, PRoMete)
  • 3. Məni Qaytar (Qaraqan, Felon De Jure)
  • 4. Həyatım əllərimdə (Qaraqan, Jamal Ali, ErranT, PRoMete )
  • 5. How we rapin’ (Felon De Jure, ErranT, Qaraqan)
  • 6. İstəmirəm (Qaraqan, PRoMete, Jamal Ali)
  • 7. Xronika (Qaraqan, ErranT, Felon De Jure)
  • 8. Yenə tək (Qaraqan, ErranT)
  • 9. Bakı (Felon De Jure)(Skit)
  • 10. Gəl gedək (Feck, AiD)(vokal Ayka)
  • 11. Propoganda (Qaraqan, Felon De Jure, ErranT)
  • 12. Ölmüş Ümidlər (Qaraqan, Dərviş, AiD)
  • 13. Yorğun (Qaraqan, PRoMete, AiD)
  • 14. Mənim Qaranlığım (Qaraqan)
  • 15. Proza (Qaraqan)
  • 16. Neçə (AiD, Jamal Ali, Qaraqan)
  • 17. Outro

Prodüsinq şirkətləriylə anlaşmayan və anlaşmaq da istəməyən qrup
albomu pulsuz paylamağa qərar verir. Artıq ilin sonuna lazımi uğuru
qazanan albomdakı bir çox treklər virus kimi yayılmağa başlayır. İlin
sonunda isə yeni albom haqqında müzakirələr başlayır. Dekabrda
keçirilən kiçik konsertdən sonra bu yöndə planlar konkretləşir. Artıq
bir neçə treklər sinql kimi hazır olduğundan qrupun yeni albom
ideasıyla bağlı fikirləri də yubanmır. Jamal Ali, Felon De Jure, Feck
və ErranT təhsillə bağlı Türkiyədə olduğundan albom üzərində digər
dördlük daha çox çalışır – PRoMete, Qaraqan, AiD və Dərviş.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.] "Qarada Qırmızı" [Resimleri görebilmek için üye olun veya giriş yapın.]


[Resimleri görebilmek için üye olun veya giriş yapın.][Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Qarada Qırmızı 2008






  • 1. Prelüd (Qaraqan)
  • 2. Esmeralda (Qaraqan)
  • 3. Mənim Mübarizəm (Qaraqan)
  • 4. Mən Dəyişəcəm (PRoMete)
  • 5. Buza Dönəcəm (Qaraqan, PRoMete)
  • 6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)
  • 7. Düşüncə (Qaraqan, AiD, PRoMete)
  • 8. Azərbaycan (AiD, Qaraqan, PRoMete)
  • 9. Əlvida (PRoMete, ErranT, Qaraqan)
  • 10. Etiraf Otağı (Qaraqan)
  • 11. Nağıl (AiD, Qaraqan)
  • 12. Maraqsız Mahnı (Qaraqan)
  • 13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)
  • 14. Sidrətül Müntəha (Qaraqan)
  • 15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)
  • 16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)
  • 17. Azad HOSTçular (Qaraqan, AiD)
  • 18. Bezmişəm (Qaraqan, AiD)


Təsadüfi deyil ki, albom da məhz bu dördlüyün çıxışlarından hazırlanır.
Hərçənd treklərin musiqilərində Felon De Jure və ErranT`ın da əməyi
olur. Qrup yaratmaq istədiyin cərəyanın təməl prinsiplərini də məhz bu
albomda açıqlayır. Bir çox treklər “A” kitabıyla assosasiyada olur.
Eyni zamanda tənqidi mövzulara geniş yer ayrılır. Bu arada albom
yazılışları zamanı Dərviş rap fəaliyyətinə son qoyur. Albomun adı isə
özlüyündə heç bir müzakirə doğurmur – “Qarada Qırmızı”. İlk buraxılış
Limited Edition olur. Və ekslküziv yolla əldə edilir. Daha sonra böyük
kütlə üçün CD`lər satışa təqdim edilir.
Yayda Bakıya qayıdan digər dördlük albomda ortaya qoyulan bir sıra
məqamlarla və ən əsası cərəyanın təməl prinsipləri haqqında
müzakirələrdə müxalif rolundan çıxış edərək, qrupdan çıxmaq istədiyini
açıqlayır. Felon De Jure, Jamal Ali və ErranT H.O.S.T Alliance`dakı
fəaliyyətini başa vurur. Sentyabr-Oktyabr aylarında qrupun
fəaliyyətində də yeni mərhələ başlayır. Belə ki, qrup artıq
Alliance`lıqdan çıxaraq dörd nəfərlə yoluna davam edir.
Elə həmin ərəfədə Dayirman Production`dan təklif gəlir və üzvlər çox
düşünməyərək razılıq verir. Dayirman Production`ın ilk işi “Qarada
Qırmızı” albomunun yenidən buraxılışını təşkil etmək olur. Albom artıq
Azərbaycanın hər bir bölgəsində satılır. 2008-in qış ayları da qrupun
tez-tez toplaşıb yeni layihələrə hazırlaşmasıyla yadda qalır.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.] "Reinkarnasiya" [Resimleri görebilmek için üye olun veya giriş yapın.]



Elə H.O.S.T`un dördlükdə ilk böyük konserti də gecikmir. 2009-un
fevralında “Reinkarnasiya” adlı konsert olduqca geniş kütlənin
qarşısındakı çıxışla bərabər son illərin ən səs-küylü rap tədbiri olur.
Konsertdən sonra qrup hər bir üzvün solo albomunu buraxmaq qərar verir.
Dayirman Production bu yöndə işlərə başlayır. 2009-cu ilin əsas
layihələrindən biri də Qaraqanın solo albomu olur. Albomun ilk sınqlı
“Bir” elə konsertdə səslənən treklər arasında olur. Mart ayına qədər
artıq trekləri hazır olan albom üçün studiya yazılışları aprel-may
keçirilir. İyunda isə “Qısa Qapanma” geniş kütləyə təqdim olunur.
Özünəməxsus melanxoliya və aqressiyanı cəmləşdirən albomda bir sıra
treklər olduqca yüksək əhval ruhiyyədə olur. Psixolorikanın ən bariz
nümunəsi kimi dəyərləndirilən albom yazıçı kimi də fəaliyyətdə olan
Qaraqanın şahəsərlərini ortaya çıxarır.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.] "Qısa Qapanma" [Resimleri görebilmek için üye olun veya giriş yapın.]


[Resimleri görebilmek için üye olun veya giriş yapın.][Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Qısa Qapanma 2009






  • 1. Öz Dünyam(Qaraqan)
  • 2. Mən və Sən(Qaraqan)(vokal Ayka)
  • 3. Bir(Qaraqan)
  • 4. HOSTçu(Qaraqan)
  • 5. Praqa(Qaraqan)(vokal Ayka)
  • 6. Metamarfoz(Qaraqan)
  • 7. Mənim Dərdim(Nəzirə)(Qaraqan)
  • 8. Sən Yoxsan(Qaraqan)
  • 9. Dost(Qaraqan)
  • 10. Hərb Və Sülh(Qaraqan)
  • 11. Qan Və Qum(Qaraqan)
  • 12. Dön(Qaraqan)
  • 13. Qısa Qapanma(Qaraqan)
  • 14. Qar(Qaraqan)
  • 15. Hardadır(Qaraqan)
  • 16. İnsanlar(Qaraqan)
  • 17. Ağ Atlı Şahzadə(Qaraqan)(vokal Ayka)
  • 18. Cinayət Və Cəza(Qaraqan)
  • 19. Sadəcə Bir Rəqs(Qaraqan)
  • 20. Yol(Qaraqan)(vokal Ayka)
  • 21. Həqiqət Axtarışları(Qaraqan, AiD, PRoMete)
  • 22. Azad Azərbaycan(Qaraqan, PRoMete, AiD)(vokal Ayka)

Oktyabr-Noyabr aylarında PRoMete və AiD H.O.S.T`u ikilikdə təmsil
etməli olur. Qaraqanın əsgərlikdə, Feck`in Türkiyədə olması onları
ləngitmir. Yeni albom üzərində işlər başlanır. Cütlük Mini-Konsert`i
təşkil edir. Konsert günü isə ilk EP “EP v.01” təqdim olunur.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.] "EP v.01" [Resimleri görebilmek için üye olun veya giriş yapın.]


[Resimleri görebilmek için üye olun veya giriş yapın.][Resimleri görebilmek için üye olun veya giriş yapın.]

EP v.01 2009






  • 1. Sus Və Dinlə(AiD)
  • 2. Adını Günəş Qoyacaq(PRoMete)
  • 3. Dövri-İntihar(PRoMete, AiD)
  • 4. Addım-Addım(PRoMete, AiD)
  • 5. Pıçıltı(PRoMete)
  • 6. M(AiD)(vokal Ayka)
  • 7. Dinlə Və Yoz(PRoMete)
  • 8. Qurtul(PRoMete, AiD)
  • 9. Bəstəkar(PRoMete, AiD)
  • 10. Enigma(PRoMete, AiD, Qaraqan)
  • 11. Made İn Baku(PRoMete, AiD)

Bir sıra əvvəlki sinqlları da özündə cəmləşdirən bu EP klassik rap
nümunələri ilə zəngin olur və sırf rap albom sayılır. 2010-a bir neçə
sinqlla daxil olan H.O.S.T növbəti solo konsertə hazırlaşır. Bir sıra
müzakirə və qərarlardan sonra artıq mövcud olan HOST Production ilk
tədbirini təşkil edir.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.] "Rekviem" [Resimleri görebilmek için üye olun veya giriş yapın.]



Dayirman Production, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin
dəstəyi ilə təşkil olunan “Rekviem” konserti başdan ayağa canlı olur.
Konsert gözlənildiyi kimi marağlı olur və bir sıra suallara cavab olur.
İlin növbəti konserti daha kiçik ətrafda təşkil olunur. Bu layihənin
məqsədi fəaliyyət göstərən HOSTçu rapper`lərə dəstək olur. Aprel ayında
HOSTED Rap Concert baş tutur.
Aradakı müddətdə HOST tərkibində AlterEgo
adlı rok qrup yaradılır. Və əlavə olaraq musiqini və mövzuları
genişləndirək məqsədi ilə daha böyük kütlə tərəfindən qəbul olunan
keyfiyyətli işlərə davam edilir.
2010`cu ilin ortalarında AiD`in Biz İnsan Deyilik adında öz solo
albomunu, HOST`un sayca 5`ci amma satış üçün nəzərdə tutulan 3`cü
albomu işığ üzü görür. Albom daha çox fərqli xarakterlərini özündə
mükəmməl əks etdirir və çox uğurlu alınır. Və iki track`i Jamal Ali ilə
birlikdə oxuyur.
[Resimleri görebilmek için üye olun veya giriş yapın.] "Biz İnsan Deyilik" [Resimleri görebilmek için üye olun veya giriş yapın.]


[Resimleri görebilmek için üye olun veya giriş yapın.][Resimleri görebilmek için üye olun veya giriş yapın.]

Biz İnsan Deyilik 2010






  • 1. Vecsiz(Nəzirə)(AiD)(vokal Ayka)
  • 2. Bəlkə Də Nə Vaxtsa(AiD)(vokal Ayka)
  • 3. Manya Kərimova(İltihaf)(AiD)
  • 4. Hisslər Danışanda(AiD)(vokal Ayka)
  • 5. Dəb Xətrinə(AiD, Miri Yusif)
  • 6. Siz(AiD)
  • 7. Prizma(AiD, PRoMete)
  • 8. Zamanın Ruhu(AiD, PRoMete)
  • 9. M(AiD)(vokal Ayka)
  • 10. Çağırdım(AiD)(vokal Gula)
  • 11. Evdən Uzaqda(AiD)
  • 12. Yarımçıq Həyat(İltihaf)(AiD)(vokal Ayka)
  • 13. Biz İnsan Deyilik(AiD, Jamal Ali)
  • 14. Dinlə(AiD)
  • 15. Antimental(AiD, PRoMete)
  • 16. HOST Silləsi(AiD, Qaraqan)
  • 17. Kim İnandı?(AiD, Jamal Ali)

Albom Bakıda satışa buraxıldıqdan sonra, Gəncə şəhərində təqdimat xarakterli böyük konsert keçirilir.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://green.4rumer.com
SerberuS



İsmarıc sayı : 13
Kayıt tarihi : 16/02/11
Yaş : 22
Şəhər/ölkə : Cehennem

Yeni mövzuMövzu: Geri: H.O.S.T alliance   Çər. Fev. 16, 2011 4:08 pm

ayin 13'u HOST'un 4 yaShi idi... Aid'in Solo konSerti oldu...
ve arxaSiyca ayin 14'u ProMete'nin "14" adli albomu iShiq uzu gordu...
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
H.O.S.T alliance
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
only rock :: H.O.S.T-
Keç: